Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
Nəhl Suresi, 70. Ayet: Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həq...
Furqan Suresi, 20. Ayet: (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbrli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanla...
Müzzəmmil Suresi, 20. Ayet: Heç şühbən olmasın, Rəbbin bilir ki, sən gecənin üçdə ikisindən daha azını, yarısını, üçdə birini ayaq üstündə olursan. Səninlə olanlardan bir dəstə də belədir. Allah gecəni də, gündüzü də ölçüyə salmışdır. Sizin bu işin öhdəsindən asanlıqla gələ bilməyəcəyinizi bildiyindən, sizin için vəzifənizi yüngülləşdirdi. Elə isə, Qurandan sizə asan gələni öyərinin-öyrədin. İçinizdə xəstələr olacağını bildi. Bildi ki, bir qisminiz Allahın fəzlindən nəsə axtarmaq üçün yer üzünü gəzib-dolaşacaq, başqa bir q...