Nəhl Suresi, 81. Ayet: Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!...
Həşr Suresi, 2. Ayet: Allah, Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan kəsləri, ilk toplanış üçün öz yurdlarından çıxarandır. Siz, onların çıxacaqlarını güman etmirdiniz. Onlar da, şübhəsiz, inanırdılar ki, qalaları onları Allahdan mütləq qoruyacaq, ancaq Allahın əzabı, onlara gözləmədiklər yerdən gəldi. Və Allah, onların qəlblərinə, evlərinin həm öz əlləriylə, həm də möminlərin əlləriylə uçurulub dağıdılacağı qorxusunu saldı. Ey ağıl sahibləri! Artıq ibrət alın!...