Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən)
qorxmuram.
Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?...
Ənam Suresi, 80. Ayet:
Camaatı onunla mübahisə etdi. "Mənə doğru yolu göstərən Allah barəsində niyə mənimlə mübahisə edirsiniz? Mən sizin Ona şərik qoşduğunuzdan
qorxmuram.
Yalnız Rəbbimin istədiyi olur. Rəbbimin elmi hər şeyi əhatə edir. Siz hələ də düşünməyəcəksinizmi?"...
Ənam Suresi, 80. Ayet:
Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən
qorxmuram.
(Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?...
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla mübahisə etdi. ‘(Rəbbim) məni hidayətə ərdirdiyi halda, Allah haqqında mənimlə mübahisə edirsiniz? Rəbbimin bir şeyi diləməsi istisna olmaqla, Ona şərik qoşduqlarınızdan mən
qorxmuram.
Rəbbim elmiylə hər şeyi əhatə etmişdir. Hələ təzəkkür etmirsinizmi?’ dedi....
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan
qorxmuram.
Yalnız Rəbbimin istədiyi şey istisnadır. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?...
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən
qorxmuram.
Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»...
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla mübahisəyə girdi. Dedi ki: “Məni doğru yola yönəltmişkən Allah haqqında mənimlə mübahisə etmək fikrindəsiniz? Mən sizin Ona şərik qoşduqlarınızdan
qorxmuram.
Ancaq Rəbbimin bir şey diləməsi istisnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Hələ də düşünüb öyüd götürməyəcəksinizmi?”...
Ənam Suresi, 80. Ayet:
Camaatı onunla höcətləşdi. O dedi: "Mənə düz yol göstərdiyi halda Allah barəsində mənimlə höcətləşirsiniz? Əlbəttə, Allahın dilədiyi şeylərdən başqa, mən Ona sizin qoşduğunuz şəriklərdən
qorxmuram.
Rəbbim biliyi ilə hər şeyi əhatə edir. Siz heç düşünməzsinizmi?...
Ənam Suresi, 80. Ayet:
Və qövmü, onunla mübahisə etdi. İbrahim dedi: "Mənə doğru yolu göstərdiyi halda, Allah haqqında mənimlə mübahisəmi edirsiniz? Ona şərik qoşduqlarınızdan heç
qorxmuram.
-Ancaq Rəbbimin istədiyi şey xaric olmaqla.- Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünmürsünüzmü? ...