Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 229. Ayet:
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən
qorxsanız
, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır....
Ali-İmran Suresi, 125. Ayet:
Bəli, əgər səbir edib (Allahdan)
qorxsanız
və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər....
Ali-İmran Suresi, 186. Ayet:
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan)
qorxsanız
, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir....
Nisa Suresi, 3. Ayet:
Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən
qorxsanız
, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən
qorxsanız
, onda, tək bir qadınla və ya sahib olduğunuz kənizlərlə (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur. (Qadının dünyaya uşaq gətirmə qabiliyyətinin olmaması, müharibə nəticəsində kişilərin sayının azalması və s. səbəblərdən İslamda kişilər üçün çox evliliyə icazə verilmişdir....
Nisa Suresi, 35. Ayet:
Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən
qorxsanız
, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır....
Nisa Suresi, 101. Ayet:
Yer üzündə səfərə çıxdığınız zaman, əgər kafirlərin sizə zərər yetirəcəklərindən
qorxsanız
, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, kafirlər sizin açıq-aşkar düşməninizdir....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan)
qorxsanız
, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır....
Ənfal Suresi, 29. Ayet:
Ey iman gətirənlər! Əgər Allahdan
qorxsanız
, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir....
Məhəmməd Suresi, 36. Ayet:
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib Allahdan
qorxsanız
, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir....
Bəqərə Suresi, 239. Ayet:
Əgər
qorxsanız
, Allahı sizə bilmədiklərinizi öyrətdiyi kimi, istər piyada, istər atda, istərsə də əmin-amanlıqda olarkən xatırlayın....
Nisa Suresi, 35. Ayet:
Əgər aralarında ixtilaf olmasından
qorxsanız
, kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim təyin edin, əgər onlar barışmaq istəsələr, Allah onların arasında sülh tapar. Şübhəsiz ki, Allah Biləndir, Xəbərdardır....
Nisa Suresi, 101. Ayet:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəyindən
qorxsanız
, namazı qısaltmağınızın heç bir eybi yoxdur. Şübhəsiz ki, haqqı inkar edən nankorlar sizin açıq düşmənlərinizdir....
Ənfal Suresi, 58. Ayet:
Əgər bir qövmün xəyanətindən
qorxsanız
, onlarla əhdi pozun. Şübhəsiz ki, Allah xəyanət edənləri sevməz....
Bəqərə Suresi, 229. Ayet:
(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də q...
Bəqərə Suresi, 239. Ayet:
Əgər (düşməndən və yırtıcı heyvandan)
qorxsanız
, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Quran vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!...
Ali-İmran Suresi, 120. Ayet:
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan
qorxsanız
), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir....
Ali-İmran Suresi, 125. Ayet:
Bəli, əgər səbr edib (Allahdan)
qorxsanız
, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan
qorxsanız
, sizi böyük bir mükafat gözləyir!...
Ali-İmran Suresi, 186. Ayet:
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan
qorxsanız
, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir....
Nisa Suresi, 35. Ayet:
(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından
qorxsanız
, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!...
Ənfal Suresi, 29. Ayet:
Ey iman gətirənlər! Əgər Allahdan
qorxsanız
, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!...
Əhzab Suresi, 32. Ayet:
Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan
qorxsanız
, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)...
Bəqərə Suresi, 229. Ayet:
Boşanma iki dəfədir. Bundan sonra (qadın) ya marufla (adət-ənənəyə uyğun olaraq) saxlanar və ya ehsanla sərbəst buraxılar. Qadınlarınıza verdiklərinizdən bir şey geri almağınız sizin üçün halal olmaz. Ancaq ikisinin də Allahın (evlilik haqqındakı) hüdudunu yerinə yetirə bilməyəcəklərindən qorxmaları istisnadır. O zaman siz də əgər Allahın bu hüdudunu yerinə yetirəbilməyəcəyinizdən
qorxsanız
, bu vəziyyətdə qadının (ayrılmaq üçün) verdiyi fidyə barəsində hər ikisinin üzərinə də günah yoxdur. Bunla...
Bəqərə Suresi, 239. Ayet:
Lakin əgər (həyati bir təhlükədən)
qorxsanız
, o zaman piyada gedərkən və ya minikdə ikən (namazınızı qılın). Nəhayət əmin olduğunuz zaman (təhlükə sovuşduqda Allahı necə zikr edəcəyinizi) siz bilmirkən sizə öyrətdiyi şəkildə artıq Allahı zikr edin....
Nisa Suresi, 3. Ayet:
Əgər yetimlər haqqında ədalətə riayət edə bilməyəcəyinizdən
qorxsanız
, o təqdirdə xoşunuza gələn (sizə halal olan digər) qadınlardan iki, üç, dörd nəfərlə nikahlanın. Lakin əgər (onlarla da) ədalətlə davrana bilməyəcəyinizdən
qorxsanız
, o zaman bir nəfər ilə və ya əlinizin altındakı sahib olduqlarınızla (cariyələrinizlə) kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün daha uyğundur....
Nisa Suresi, 35. Ayet:
Əgər ikisinin (ər-arvadın) arasının açılmasından
qorxsanız
, o zaman kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. İkisi də aranı düzəltmək istəyərlərsə, Allah onların aralarının düzəlməsində onlara yardım edər. Şübhəsiz ki, Allah Alimdir (ən yaxşı biləndir), Xəbirdir (xəbərdar olandır)....
Nisa Suresi, 101. Ayet:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verəcəklərindən
qorxsanız
, o təqdirdə namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin üçün açıq-aşkar düşməndir....
Tövbə Suresi, 28. Ayet:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Müşriklər yalnız bir nəcisdir (murdardır). Artıq bu ildən sonra Məscidi Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan
qorxsanız
, Allah dilərsə Öz fəzlindən sizi yaxında zənginləşdirəcək. Şübhəsiz ki, Allah Alimdir, Hakimdir....
Bəqərə Suresi, 229. Ayet:
Boşanma iki dəfə (olar). Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən
qorxsanız
, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz o...
Bəqərə Suresi, 239. Ayet:
Əgər (nədənsə)
qorxsanız
, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!...
Ali-İmran Suresi, 120. Ayet:
Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan)
qorxsanız
, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir....
Ali-İmran Suresi, 125. Ayet:
Əlbəttə, siz səbr etsəniz, (Allahdan)
qorxsanız
və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan)
qorxsanız
, sizə böyük bir mükafat verilər....
Ali-İmran Suresi, 186. Ayet:
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan)
qorxsanız
, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir....
Nisa Suresi, 35. Ayet:
Əgər ər-arvad arasında ixtilaf olacağından
qorxsanız
, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan)
qorxsanız
, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır....
Nisa Suresi, 129. Ayet:
Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tama-milə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan)
qorxsanız
, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir....
Ənfal Suresi, 29. Ayet:
Ey iman gətirənlər! Əgər Allahdan
qorxsanız
, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir....
Məhəmməd Suresi, 36. Ayet:
Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib (Allahdan)
qorxsanız
, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz....
Nisa Suresi, 35. Ayet:
Və əgər
qorxsanız
ayrılmasından onların öz aralarında, onda göndərin bir hakim kişinin əhlindən və bir hakim qadının əhlindən. Əgər onlar istəsələr islah, onda Allah onlara kömək edər. Həqiqətən, Allah oldu Alim, Xəbir!...
Ənfal Suresi, 29. Ayet:
Ay o kəslər ki, inanırsınız! Əgər Allahdan
qorxsanız
, O sizə Furqanı verər və pisliklərinizin üstünü örtər və sizi bağışlayar və Allah əzəmətli fəzl sahibidir! ...
Bəqərə Suresi, 229. Ayet:
(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən
qorxsanız
...
Bəqərə Suresi, 239. Ayet:
Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən)
qorxsanız
, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın....
Nisa Suresi, 3. Ayet:
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən
qorxsanız
, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən
qorxsanız
, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır....
Nisa Suresi, 35. Ayet:
Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən
qorxsanız
, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır....
Ənfal Suresi, 29. Ayet:
Ey iman gətirənlər, əgər Allahdan
qorxsanız
, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir....
Tövbə Suresi, 28. Ayet:
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan
qorxsanız
, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir....
Bəqərə Suresi, 239. Ayet:
Əgər (bir təhlükədən)
qorxsanız
, namazı piyada və ya minik üstündə gedərək qılın. Təhlükənin keçdiyindən əmin olduqda isə Allahı daha əvvəl bilmədiyiniz və Onun sizə öyrətdiyi şəkildə anın (namazı adi vaxtlardakı kimi qılın)....
Ali-İmran Suresi, 125. Ayet:
Bəli! Əgər səbr etsəniz, Allahdan
qorxsanız
və onlar həmin anda üzərinizə gəlsələr, Rəbbiniz nişan vurulmuş beş min mələklə köməyinizə gələr....
Ali-İmran Suresi, 179. Ayet:
Allah iman gətirənləri sizin vəziyyətinizdə qoyub tərk edən deyildir. O, axırda pisi yaxşıdan ayıracaqdır. Allah sizi qeyblə də tanış edən deyildir. Lakin Allah Öz peyğəmbərləri içərisindən istədiyi kəsi seçir, (ona qeybi bildirir). Elə isə Allaha və Onun peyğəmbərlərinə inanın! Əgər inansanız və
qorxsanız
, sizi böyük bir mükafat (gözləyir)....
Ali-İmran Suresi, 186. Ayet:
Siz mal-dövlətiniz və canınız barəsində imtahan olunacaq və sizdən əvvəl Kitab bəxş olunanlardan da, müşriklərdən də çoxlu üzücü sözlər eşidəcəksiniz. Əgər siz səbr edib Allahdan
qorxsanız
, bu, işlərdəki əzminizə (dəlalət edər)....
Nisa Suresi, 3. Ayet:
Əgər siz yetim (qızlara) qarşı ədalətli olmayacağınızdan
qorxsanız
, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin, (bunda da) əgər ədalətli olmayacağınızdan
qorxsanız
, onda biri ilə və ya sahib olduğunuz kənizlə (evlənin). Bu, haqsızlıq etməməyinizə daha yaxındır....
Nisa Suresi, 35. Ayet:
Aralarında ayrılıq düşməsindən
qorxsanız
, kişinin ailəsindən bir nəfər və qadının ailəsindən bir nəfər münsif göndərin. Əgər onlar [münsiflər] aranı düzəltmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır....
Ənfal Suresi, 29. Ayet:
Ey iman gətirənlər! Əgər siz Allahdan
qorxsanız
O, sizə (haqqı nahaqdan) fərqləndirmək bacarığı verər, sizi pis əməllərinizdən təmizlər və sizi bağışlar. Həqiqətən, Allah böyük fəzilət sahibidir!...
Məhəmməd Suresi, 36. Ayet:
Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər siz iman gətirib Allahdan
qorxsanız
, O, haqqınızı sizə tam verər və mal-dövlətinizi (tam sərf etmənizi) istəməz....
Bəqərə Suresi, 229. Ayet:
Boşamaq iki dəfə mümkündür. Bundan sonrası ya adətlərə müvafiq olaraq/hər kəs tərəfindən qəbul edilmiş şəkildə saxlamaq, ya da yaxşılıqla buraxmaqdır. Onlara verdiklərinizdən bir şey almağınız da sizin üçün halal olmaz. Ancaq ikisinin də Allahın hədlərinə riayət edə bilməməkdən qorxmağı istisna olmaqla. Əgər siz dövlət qulluqçuları, onların, Allahın hədlərinə riayət edən bilməyəcəyindən
qorxsanız
, qadının fidyə/ayrılmaq üçün müəyyən haqq verməsində ikisinə də günah yoxdur. Bunlar, Allahın hədlər...
Nisa Suresi, 101. Ayet:
Və yer üzündə səfərə çıxdığınız zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sizə bir pislik edəcəyindən
qorxsanız
səlatı [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işini] qısaltmaqda [təhsili-tədrisi qısa etməkdə] sizin üçün bir günah yoxdur. Şübhəsiz ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], sizin açıq-aşkar düşməninizdirlər....