Ənam Suresi, 151. Ayet: De ki: "Gəlin, Rəbbinizin sizə nələri qadağan etdiyini, toxunulmaz etdiyini oxuyum: 'Özünə heç bir şeyi şərik qoşmayın, ana-ataya yaxşılıq edin, [onlarla] gözəl rəftar edin, kasıblıq qorxusuyla/kasıb düşmək qorxusuyla uşaqlarınızı öldürməyin, -Sizin və onların ruzisini Biz veririk- pisliklərin açığına və gizlisinə yaxınlaşmayın, haqsız yerə, Allahın haram etdiyi nəfsi öldürməyin, -Bax bunlar, ağılınızı işlədəsiniz deyə, Onun sizə qoyduğu öhdəliklərdir.-...
Həşr Suresi, 2. Ayet: Allah, Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan kəsləri, ilk toplanış üçün öz yurdlarından çıxarandır. Siz, onların çıxacaqlarını güman etmirdiniz. Onlar da, şübhəsiz, inanırdılar ki, qalaları onları Allahdan mütləq qoruyacaq, ancaq Allahın əzabı, onlara gözləmədiklər yerdən gəldi. Və Allah, onların qəlblərinə, evlərinin həm öz əlləriylə, həm də möminlərin əlləriylə uçurulub dağıdılacağı qorxusunu saldı. Ey ağıl sahibləri! Artıq ibrət alın!...