Mömin Suresi, 15. Ayet: Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!...
Mücadilə Suresi, 22. Ayet: Sən Allaha və axirət gününə iman gətirənlərdən elə adamlar tapa bilməzsən ki, onlar Allaha və Onun peyğəmbərinə qarşı çıxanları ataları, oğulları, qardaşları, yaxud qohum-əqrabaları olsalar belə, sevmiş olsunlar. O, onların ürəklərinə iman salmış və onları Özündən olan bir ruh ilə möhkəmləndirmişdir. O, onlan dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları içərisinə salacaqdır. Allah onlardan razı qalmış, onlar da Allahdan razı qalarlar. Onlar Allahın firqəsidiriər. Həqiqətən, yax...
Bəqərə Suresi, 249. Ayet: Sonra Talut, öz ordu ilə birgə [oradan] çıxarkən dedi ki: "Şübhəsiz ki, Allah sizi həqiqətən bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Kim də, -əliylə bir ovuc alan istisna olmaqla- ondan dadmasa, bax o, məndəndir." Sonra da aralarında çox azı istisna olmaqla, ondan içdilər. Talut və onunla birlikdə iman edən kəslər çayı keçəndə İsrail oğulları, "Bizim bu gün, Calutun və onun ordusunun qarşısında dayanmağa taqətimiz yoxdur" dedilər. Allaha qovuşacaqlarına həqiqətən inananlar, "N...