Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət
qoyaraq
və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz....
Ənfal Suresi, 36. Ayet:
Həqiqətən, kafirlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. Kafirlər cəhənnəmə toplanacaqlar. (Bədr və digər döyüşlərdə müşriklər bütün sərvətlərini ortaya
qoyaraq
müsəlmanları məğlub etmək üçün əllərindən gələni etdilər, ancaq axırda özləri məğlub oldular. Yuxarıdakı ayədə onların bu əməllərinə işarə edilir.)...
Rum Suresi, 10. Ayet:
Ancaq Allahın ayələrini yalanlayaraq və lağa
qoyaraq
pislik edənlərin aqibəti çox pis oldu....
Furqan Suresi, 41. Ayet:
Səni gördükləri zaman məsxərəyə
qoyaraq
(belə deyirlər): “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?!...
Ənbiya Suresi, 36. Ayet:
(Ey Peyğəmbər!) Kafirlər səni gördükləri zaman məsxərəyə
qoyaraq
(belə deyərlər:) “Sizin ilahlarınıza dil uzadan budurmu?” Halbuki Rəhmanın Kitabını inkar edənlər onların özləridir....
Ənam Suresi, 94. Ayet:
Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada
qoyaraq
ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş və iddia etdiyiniz (bütlər) də sizdən uzaqlaşıb getmişdir....
Ali-İmran Suresi, 18. Ayet:
Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun
qoyaraq
(haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər....
Şüəra Suresi, 128. Ayet:
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə
qoyaraq
) əylənirsiniz?...
Ənbiya Suresi, 36. Ayet:
(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə
qoyaraq
(bir-birinə): “Sizin tanrılarınıza tənə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər....
Furqan Suresi, 53. Ayet:
İki dənizi sərbəst buraxan Odur. Biri ləzzətli və şirin, digəri duzlu və acıdır. İkisinin arasında maneə yaratdı. Beləcə onların arasına sədd
qoyaraq
bir-birinə qarışmalarına mane oldu....
Haqqə Suresi, 7. Ayet:
Öhtəsində
qoyaraq
onu yeddi gecə və səkkiz gün ardıcıl onlar üzərində hakim etdi. Sən görərdin qoumu orada içi boş xurma ağacları kimi tökülüb həlak olurlar....
Nisa Suresi, 102. Ayet:
(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)...
Ənkəbut Suresi, 3. Ayet:
Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr
qoyaraq
) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar....
Əraf Suresi, 53. Ayet:
Onlar isə ancaq (“Baxaq görək!” – deyərək) Qur`anın bildirdiyi sonu (tə`vilini) gözləyirlər. Onun bildirdiyi son gəlib çatdığı gün əvvəl onu unutmuş olanlar deyərlər ki: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişlər. İndi bizim üçün şəfaətçilər varmı ki, bizə şəfaət etsinlər və ya (dünyaya) qaytarılaq, etdiklərimizdən başqasını edək?” Həqiqətən, onlar özlərinə ziyan etmişlər. (İlah deyə) uydurduqları (bütlər) də onları darda
qoyaraq
uzaqlaşıb yox olmuşlar....
Ənbiya Suresi, 2. Ayet:
Rəblərindən onlara elə bir yeni öyüd (bir xəbərdarlıq) gəlməz ki, onlar onu məsxərəyə
qoyaraq
, qəlbləri də qəflətdə olaraq dinləməsinlər....
İbrahim Suresi, 9. Ayet:
Məgər sizdən əvvəlkilərin - Nuh, Ad, Səmud camaatının və onlardan sonra ancaq Allahın bildiyi neçə-neçə tayfanın xəbərləri sizə gəlib çatmayıbmı? Onların peyğəmbərləri də aydın dəlillərlə onların yanına gəldilər. Onlar isə əllərini ağızlarının üstünə
qoyaraq
: "Biz sizin gətirdiyiniz şeylərə inanmırıq. Bizi dəvət etdiyiniz şeylərə də böyük şübhədəyik." - dedilər....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman etmiş kəslər! Allaha və son günə inanmadığı halda malını insanlara göstərmək üçün xərcləyən kimsə kimi, minnət
qoyaraq
və əziyyət edərək sədəqələrinizi puç etməyin. Onun halı, üstündə bir az torpaq olan, üstünə bir leysan yağdıqda leysanın çılpaq qoyduğu qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər qövmünü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər qövmünü] doğru yola yönləndirməz....