Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Zümər Suresi, 29. Ayet:
Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz. (Bu ayədə tövhid əqidəsinin tutarlılığı quldarlıq
quruluşuna
dair bir misalla izah edilmişdir. Belə ki, bir kölə ona əmrlər verən bir neçə ağasının olmasını, yoxsa yalnız bir ağasının olmasını istəyər? Əlbəttə, yalnız bir ağasının olmasını istəyər. Allaha şərik qoşmağı rədd edib ...
Maidə Suresi, 101. Ayet:
Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil
quruluşuna
uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir....
Furqan Suresi, 50. Ayet:
Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil
quruluşuna
əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı....
Fatir Suresi, 24. Ayet:
Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam
quruluşuna
uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun....