Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 10. Ayet:
Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir
quyunun
dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”. (Bu təklifi irəli sürən Yəhuda adlı qardaşı idi. Nəhayət, qardaşlar onun bu təklifini qəbul etdilər və atalarının yanına gəldilər.)...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb
quyunun
dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 10. Ayet:
Onların arasında sözü səhih olanı deyirdi: “Yusifi öldürmə, əgər bir iş görəcəksənsə, onu
quyunun
dibində qoy, karvanlardan biri onu götürsün”....
Yusif Suresi, 15. Ayet:
Onu apardılar. Hamısı onu
quyunun
dibində qoymağa qərar verdilər. Bu zaman o, Yusifə dedi: “And olsun, onların etdiklərini bir gün onların üzünə gətirəcəksən”. Biz aşkar etdik:...
Yusif Suresi, 10. Ayet:
Bir başqası (Rubil və ya Şəmun) belə dedi: “Yusifi öldürməyin, onu bir
quyunun
dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”....
Yusif Suresi, 10. Ayet:
Onlardan biri belə dedi: ‘Yusifi öldürməyin. Bir şey edəcəksinizsə, onu
quyunun
dibinə atın. Karvanlardan biri onu götürər.’...
Yusif Suresi, 15. Ayet:
Beləliklə hamısı birlikdə onu
quyunun
dibinə atmaq üçün apardıqları zaman Biz ona (Yusifə): ‘Onlara bu etdiklərini gözləmədikləri bir halda xəbər verəcəksən.’ vəhy etdik....
Yusif Suresi, 19. Ayet:
(
Quyunun
yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi....
Qəsəs Suresi, 23. Ayet:
O, Mədyən sulağına gəlib çatanda
quyunun
yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”....
Yusif Suresi, 10. Ayet:
Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu
quyunun
dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)...
Yusif Suresi, 15. Ayet:
Beləliklə onu aparıb
quyunun
dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar)....
Yusif Suresi, 10. Ayet:
Aralarından biri: “Yusufu öldürməyin, onu bir
quyunun
dibinə atın ki, keçən karvanlardan biri onu tapıb götürsün. Əgər edəcəksinizsə, belə edin”, – dedi....
Yusif Suresi, 15. Ayet:
Yusufu aparıb
quyunun
dibinə atmağa qərar verdikləri zaman biz də ona: “And olsun, (sənin Yusuf olduğunun) fərqində olmadıqları bir vaxtda onların bu işlərini sən onlara xəbər verəcəksən”, – deyə vəhy etdik....
Yusif Suresi, 10. Ayet:
Onlardan başqa birisi dedi: "Yusufu öldürməyin, onu bir
quyunun
dibinə atın! Əgər belə etsəniz, onu keçib-gedənlərdən kimsə götürüb aparar.”...
Yusif Suresi, 15. Ayet:
Sonra onlar onu apardılar və onu
quyunun
dibinə atmaq barəsində razılığa gəldilər. Biz isə ona [Yusufa] vəhy etdik: "Vaxt gələr ki, onların bu əməli barəsində özləri duymadan onlara xəbər verərsən!"...
Yusif Suresi, 10. Ayet:
Onlardan biri, "Yusifi öldürməyin, onu o
quyunun
dibinə atın ki, oradan keçən karvanın biri onu tapıb götürsün. Əgər edəcəksinizsə belə edin." dedi....
Yusif Suresi, 15. Ayet:
Nəhayət, Yusifin qardaşları, Yusifi apardılar və birgə o
quyunun
dibinə atmaq qərarına gəldilər. Biz də Yusifə vəhy etdik: "And olsun ki, sən onlara gələcəkdə, onlar heç fərqində olmadıqları halda bu işlərini xəbər verəcəksən."...