Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 25. Ayet:
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə
rəğmən
yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Məkkənin fəthindən sonra on iki minlik müsəlman ordusu Həvazin və Saqif qəbilələrinin üstünə hücum etmişdi. İslam ordusunun sayca çoxluğunu görən bəzi müsəlmanlar öz aralarında: “Bu ordu artıq məğlub olmaz!” - deyərək qürurlanmışdılar. Ancaq Hüneyn vadisində...
Tövbə Suresi, 118. Ayet:
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə
rəğmən
onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir....
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə
rəğmən
insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir. (Məkkəli müşriklər belə demişdilər: “Ey Allah! Əgər bu Quran həqiqətən sənin tərəfindən göndərilibsə, dərhal üzərimizə daş yağdır, yaxud bizə başqa bir əzab ver!” Yuxarıdakı ayə bu hadisəyə işarə edir. Əslində onlar əzabın gəlməsini istəm...
Ənam Suresi, 34. Ayet:
Şübhəsiz ki, səndən əvvəlki peyğəmbərlər də yalanlançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına
rəğmən
səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, peyğəmbərlərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı....
Ali-İmran Suresi, 152. Ayet:
And olsun ki, Allah izni ilə onları (müşrikləri) əzib keçdiyiniz zaman sizə olan vədini gerçəkləşdirdi. Nəhayət, sevdiyiniz şeyi (zəfəri) sizə göstərdikdən sonra zəiflik göstərdiniz. (Peyğəmbərin verdiyi) əmr barəsində mübahisə etdiniz və əmrə qarşı çıxdınız. Aranızdan dünyanı istəyənlər də var idi, axirəti istəyənlər də. Sonra sizi sınamaq üçün üzünüzü onlardan çevirdi. (Qaçıb məğlubiyyətə düçar oldunuz. Buna
rəğmən
) sizi bağışladı. Allah möminlərə qarşı çox lütfkardır....
Tövbə Suresi, 25. Ayet:
And olsun, Allah bir çox yerdə və Hüneyn savaşı günü sizə yardım etmişdir. (O gün) çoxluğunuz sizə özünüzü bəyəndirmiş, lakin (bu çoxluq) sizə heç bir fayda verməmiş, yer üzü bütün genişliyinə
rəğmən
sizə dar gəlmişdi. Nəhayət, geri dönüb qaçmışdınız....
Tövbə Suresi, 118. Ayet:
Savaşdan geri qalan üç nəfərin də tövbələrini qəbul etdi. Yer üzü bütün genişliyinə
rəğmən
onlara dar gəlmiş, vicdanları onları sıxmış, beləliklə, Allah (ın əzabın)dan yenə Ona sığınmaqdan başqa çarə olmadığını anlamışdılar. Sonra (əvvəlki hallarına) qayıtsınlar deyə onların tövbələrini də qəbul etdi. Şübhəsiz, Allah tövbəni çox qəbul edən və çox mərhəmət edəndir....
Rəd Suresi, 6. Ayet:
Bir də yaxşılıqdan əvvəl pisliyin tez gəlməsini səndən istəyirlər. Halbuki onlardan əvvəl ibrət götürüləsi bir çox əzab gəlib keçmişdir. Şübhəsiz, Rəbbin insanların zülmlərinə
rəğmən
bağışlama sahibidir. Bununla birlikdə Rəbbinin əzabı da çox şiddətlidir....
Mömin Suresi, 21. Ayet:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü və yer üzündəki əsərləri daha üstün idi. Buna
rəğmən
Allah günahları səbəbi ilə onları yaxaladı. Onları Allahın əzabından qoruyan olmadı....