Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 124. Ayet:
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini
rəhbər)
təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu....
Yusif Suresi, 55. Ayet:
Yusif dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə (
rəhbər)
təyin et! Həqiqətən, mən yaxşı qoruyanam, (bu işi) yaxşı bilənəm”....
Nəml Suresi, 77. Ayet:
Və şübhəsiz ki, o möminlərə bir hidayət (doğru yolu göstərən
rəhbər)
və mərhəmətdir....
Yusif Suresi, 111. Ayet:
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən
rəhbər)
və mərhəmətdir!...
Nəhl Suresi, 120. Ayet:
Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam (
rəhbər)
idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlər, gözəl xüsusiyyətlər onda cəmlənmişdi)....
Kəhf Suresi, 17. Ayet:
(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstər...
Furqan Suresi, 74. Ayet:
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (
rəhbər)
et! – deyərlər....
Loğman Suresi, 3. Ayet:
(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən
rəhbər)
və rəhmətdir....
Casiyə Suresi, 20. Ayet:
Bu (Quran) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən
rəhbər)
və mərhəmətdir!...
Rəd Suresi, 7. Ayet:
Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da
rəhbər)
vardır....