Tövbə Suresi, 5. Ayet: Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Yuxarıdakı ayədə, haram aylar çıxdıqdan sonra müşriklərin ciddi bir şəkildə təqib edilmələrinə işarə edilmişdir. Yəni, Kəbənin ətrafında müşriklərin varlığına birdəfəlik son qoymaq üçün onları izləmək, keçidləri tutmaq, lazım gəldiyi təqdirdə onları əsir t...
Tövbə Suresi, 91. Ayet: Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yox...
Nisa Suresi, 23. Ayet: Analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizi əmizdirən süd bacılarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın qızları. Öz oğullarınızın arvadları və iki bacınız eyni vaxtda sizə haram edilmişdir. Evləndiyiniz, lakin cinsi yaxınlıq etmədiyiniz arvadların qızlarını götürməyin eybi yoxdur. Keçmişdə olanlar keçmişdə qalıb. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhməti Kesintisizdir....
Tövbə Suresi, 5. Ayet: Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!...
Məryəm Suresi, 58. Ayet: Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]....