Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 162. Ayet:
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də onlara göydən bir əzab göndərdik. (
Rəvayətə
görə, bu əzab vəba xəstəliyi idi və bu xəstəlik qısa müddət ərzində kütləvi ölümlərə səbəb olmuşdu.)...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (
Rəvayətə
görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (
Rəvayətə
görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə ke...
Tövbə Suresi, 19. Ayet:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir
rəvayətə
görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz ...
Tövbə Suresi, 66. Ayet:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (
Rəvayətə
görə, Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soru...
Tövbə Suresi, 113. Ayet:
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz. (
Rəvayətə
görə, Həzrət Peyğəmbər əmisi Əbu Talibin bağışlanması üçün Allaha dua etmiş, buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)...
Hud Suresi, 64. Ayet:
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”. (
Rəvayətə
görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini və möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər də iman gətirəcəklərinə dair onlardan söz aldı və namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış və ona heç kimin zərər verməm...
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir
rəvayətə
görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Nisa Suresi, 94. Ayet:
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qey...
Ənfal Suresi, 35. Ayet:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı! (
Rəvayətə
görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.)...
Əhqaf Suresi, 10. Ayet:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir
rəvayətə
görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Rum Suresi, 18. Ayet:
Göylərdə və yerdə həmd Ona məxsusdur! Gün batarkən və günorta vaxtı da (namaz qılın)! (Abdullah ibn Abbasdan gələn bir
rəvayətə
görə, yuxarıdakı iki ayə namazın gündə beş vaxt olduğuna işarə edir.)...
Yusif Suresi, 18. Ayet:
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (
Rəvayətə
görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı və onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı və belə dedi: “Bu günə qədər belə yumş...
Yusif Suresi, 77. Ayet:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”. (
Rəvayətə
görə, Həzrət Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün də Həzrət İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar və Yusifin ü...
İbrahim Suresi, 48. Ayet:
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar. (Yerin və göylərin başqa yer və göylərlə əvəz olunması barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Bir
rəvayətə
görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir
rəvayətə
görə isə, yer və göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)...
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin dig...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (Təfsirlərdə qeyd olunan
rəvayətə
görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Pey...
İsra Suresi, 28. Ayet:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (
Rəvayətə
görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)...
Kəhf Suresi, 9. Ayet:
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (Təfsirçilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan
rəvayətə
görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrup...
Kəhf Suresi, 61. Ayet:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi. (
Rəvayətə
görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)...
Məryəm Suresi, 71. Ayet:
İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür. (Bir
rəvayətə
görə, bütün insanlar cəhənnəmə girəcək, ancaq Allah-Təala yaxşıları oradan xilas edəcəkdir. Digər bir
rəvayətə
görə isə, möminlərin cəhənnəmə girmələri, cəhənnəmin üzərindəki Sirat körpüsündən keçmələrindən ibarətdir.)...
Saffat Suresi, 141. Ayet:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu. (Təfsirlərdə qeyd olunan
rəvayətə
görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)...
Sad Suresi, 34. Ayet:
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. (Bir
rəvayətə
görə, Həzrət Süleyman şiddətli bir xəstəliyə tutulmaqla Allah tərəfindən imtahan edilmişdi. Xəstəliyi əsnasında cəsəd kimi zəif və halsız bir halda ikən daha sonra sağalmış və yenidən taxtına otura bilmişdi.)...
Sad Suresi, 44. Ayet:
(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (
Rəvayətə
görə, zövcəsi xətalı bir iş gördüyü üçün Həzrət Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də Allah-Təala ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə, Həzrət Əyyub andını da pozmamış olacaqdı.)...
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Duxan Suresi, 10. Ayet:
Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Ayədəki “duman” haqqında iki rəvayət vardır. Bir
rəvayətə
görə, dumandan məqsəd qıtlıq və quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq və qıtlıq olmuş, qüreyşlilər də buna görə Həzrət Peyğəmbərə müraciət etmişdilər. Digər bir
rəvayətə
görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq və qərbin arasını bürüyəcək gerçək bir dumandır.)...
Məhəmməd Suresi, 30. Ayet:
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (
Rəvayətə
görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (Təfsirlərdə qeyd olunan bir
rəvayətə
görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)...
Ənkəbut Suresi, 60. Ayet:
Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə də ruzi verir. O hər şeyi eşidəndir, biləndir. (
Rəvayətə
görə, Həzrət Peyğəmbər Məkkədə müşriklərin əziyyət və işgəncələrinə məruz qalan zəif müsəlmanlara hicrət etmələrini söylədiyi zaman onlar: “Biz ora necə gedək? Orada nə yerimiz, nə də mal-mülkümüz var. Bizi kim yedirib-içirdəcək?” - demişdilər. Bundan sonra yuxarıdakı ayə nazil olmuşdur.)...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Taha Suresi, 85. Ayet:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı. (
Rəvayətə
görə, Samiri İsrail oğullarının Samirə qəbiləsinə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları Həzrət Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.)...
Ənbiya Suresi, 58. Ayet:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (Təfsirlərdə qeyd edilən
rəvayətə
görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Ənbiya Suresi, 87. Ayet:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi” mənasına gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanma...
Əbəsə Suresi, 10. Ayet:
Sən onunla maraqlanmırsan. (
Rəvayətə
görə, Həzrət Peyğəmbər Qüreyş başçılarına İslamı təbliğ edən zaman Abdullah ibn Ümmü Məktum adında kor bir səhabə onun yanına gəlib: “Ey Allahın Rəsulu! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” - deyir. Ancaq Həzrət Peyğəmbər ona cavab vermir. Çünki Qüreyşin başçıları Həzrət Peyğəmbərin özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah ibn Ümmü Məktum təkrar səsləndikdən sonra Həzrət Peyğəmbər ona yönələrək qaşqabağını tökmüş və üzünü turş...
Təkəsur Suresi, 2. Ayet:
Hətta qəbirləri də ziyarət etdiniz. (Təfsirlərdə qeyd edilən
rəvayətə
görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)...
Fəcr Suresi, 10. Ayet:
Dirəklər sahibi Firona da! (
Rəvayətə
görə, Firon işgəncə vermək istədiyi kimsələr üçün yerə dört dirək basdırdar, onları əllərindən və ayaqlarından bu dirəklərə bağlayıb işgəncə verərmiş.)...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (Təfsirlərdə qeyd edilən bir
rəvayətə
görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)...
Qədr Suresi, 3. Ayet:
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir
rəvayətə
görə isə iyirmi yeddisinə təsadüf edir)....