Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (Təfsirlərdə nəql edilən
rəvayətlərə
görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Təfsirlərdə qeyd edilən
rəvayətlərə
görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 69. Ayet:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (Təfsirlərdə qeyd olunan
rəvayətlərə
görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünya...
Maidə Suresi, 55. Ayet:
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş
rəvayətlərə
əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır)....