Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 117. Ayet:
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Bu ayədə, sahib olduqları mal-mülk səbəbi ilə lovğalanan və Allaha üsyan edən kafirlərin
riyakarlıqla
sərf etdikləri, yaxud müsəlmanları məğlub etmək üçün xərclədikləri malları, zalım kəslərin soyuq bir külək nəticəsində məhv olmuş əkinlərinə bənzədilmişdir. Belə bir əkin sahəsinin...
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! Sədəqələrinizi malını
riyakarlıqla
(özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!...