Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını
söyləməyəcəklərinə
dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?...
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey
söyləməyəcəklərinə
dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda )olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?...
Əraf Suresi, 169. Ayet:
Nəhayət onların ardından yerlərinə Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Bu müvəqqəti dünyanın dəyərsiz malını alar və: “(Onsuz da) biz bağışlanacağıq”, – deyərdilər. Onlara buna bənzər bir mal gəlsə, onu da alarlar. Allah haqqında haqdan başqa bir şey
söyləməyəcəklərinə
dair onlardan Kitabda söz alınmamışdımı? Onun içindəkiləri oxumamışdılarmı? Halbuki Allaha qarşı gəlməkdən çəkinənlər üçün axirət yurdu daha xeyirlidir. Heç düşünmürsünüzmü?...