Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 255. Ayet:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İ...
Ənfal Suresi, 57. Ayet:
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə
sözügedən
kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar Həzrət Peyğəmbərlə sülh müqaviləsi bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh müqaviləsi bağlandıqdan sonra yenə müşriklərlə əlbir oldular.)...
Ənam Suresi, 59. Ayet:
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Göylərdə və yerdə insanların kəşf edə bilmədiyi neçə-neçə xəzinələr və nemətlər vardır ki, Allah onları bilir. Allah bu xəzinələri dilədiyi kimsələrin istifadəsinə verər. Çox ehtimal ki, qeybin açarları ifadəsi ilə ...