Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 43. Ayet:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə
sürtün!
Həqiqətən, Allah əfv edəndir, bağışlayandır. (Dəstəmaz, yaxud qüsl almaq istəyən bir müsəlman su tapmad...
Nisa Suresi, 43. Ayet:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə
sürtün!
Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!...
Nisa Suresi, 43. Ayet:
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və (cinsiəlaqədən sonra) natəmiz olduğunuz halda, – yolda olan (müsafirlər )istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə
sürtün!
Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır....