Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma
səbəbi,
kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Maidə Suresi, 82. Ayet:
Möminlərə qarşı düşmənçilik baxımından ən şiddətli insanların yəhudilər və müşriklər olduğunu görərsən. Və görəcəksən ki, iman gətirənlərə daha çox məhəbbət bəsləyənlər: “Biz Nəsərəyik” deyənlərdir. Bunun
səbəbi,
şübhəsiz ki, onların arasında həqiqətən təkəbbürlü olmayan rahiblərin və keşişlərin olmasıdır....
Kəhf Suresi, 79. Ayet:
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın
səbəbi,
onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi....
Sad Suresi, 8. Ayet:
Bu yada salan (Qur’an) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin
səbəbi,
onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Qur’an)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar....
Ali-İmran Suresi, 75. Ayet:
Və Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir yük əmanət versən, onu sənə geri qaytarar. Onlardan eləsi də vardır ki, ona bir ədəd qızıl pul əmanət etsən, başının üstünü kəsdirməsən onu sənə geri verməz. Bunun
səbəbi,
onların: "Ümmilərin/şəhərlilərin bizim əleyhimizə yol tapmağı mümkün deyil" deməsidir. Onlar bilə-bilə Allaha qarşı yalan da söyləyərlər....
Əraf Suresi, 146. Ayet:
Yer üzündə, bütün ayələri görsələr də onlara iman gətirməyən, doğru yolu görsələr də o yolu tutub getməyən, azğınlıq yolunu görsələr o yolla gedən, haqsız yerə təkəbbür göstərən bu kəsləri, ayələrimizdən uzaqlaşdıracağam." -Bunun
səbəbi,
onların ayələrimizi təkzib etməkləri və onlar barəsində qəflətdə olmaqları; onlara diqqət yetirməmələri, məhəl qoymamalarıdır....
Məhəmməd Suresi, 26. Ayet:
Bunun
səbəbi,
onların, Allahın nazil etdiyini bəyənməyən kəslərə: "Bəzi işlərdə biz, sizə itaət edəcəyik" demələridir. Halbuki Allah, onların gizlətdiklərini bilir....
Məhəmməd Suresi, 28. Ayet:
Bunun
səbəbi,
onların, Allahı qəzəbləndirən şeylərə uyması və Onun rizasını bəyənməmələridir. Allah onların əməllərini puç etmişdir....
Təğabun Suresi, 6. Ayet:
Bu cəzalandırmanın
səbəbi,
elçiləri onlara açıq-aşkar dəlillərlə gəldikdə: "Bir bəşər bizə yol göstərəcək?" deyib küfr işləmələri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə çalışmaları] və arxalarını çevirmələridir. Allah, möhtac olmadığını göstərdi. Allah zəngindir, təriflənməyə ən yaxşı layiq olandır....