Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 93. Ayet:
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri
səbəbilə
qəlblərini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman gətirmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”...
Bəqərə Suresi, 109. Ayet:
Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri
səbəbilə
imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə, Allah Öz əmrini göndərənə qədər (onları) əfv edin və qınamayın! Şübhəsiz ki, Allah hər şeyə qadirdir....
Bəqərə Suresi, 273. Ayet:
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir. (Bu ayədə qeyd olunan yoxsullar, Allah yolunda cihad edənlər və elm dalınca gedənlərdir. Bu müqəddəs işləri
səbəbilə
onların qazanc əldə etmə imkanları yo...
Yunus Suresi, 8. Ayet:
Qazandıqları (günahlar)
səbəbilə
onların sığınacaqları yer cəhənnəmdir....
Maidə Suresi, 3. Ayet:
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər....
Ali-İmran Suresi, 19. Ayet:
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq
səbəbilə
ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir....
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri
səbəbilə
Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondak...
Nisa Suresi, 62. Ayet:
Bəs öz əlləri ilə etdikləri (əməllər)
səbəbilə
onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!...
Nisa Suresi, 153. Ayet:
(Ey Rəsulum!) Kitab əhli (yəhudilər) səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri
səbəbilə
onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik....
Nisa Suresi, 156. Ayet:
Həmçinin inkar etmələri və Məryəmə böyük bir iftira atmaları
səbəbilə
(lənətə düçar oldular)....
Nəml Suresi, 14. Ayet:
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri
səbəbilə
onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!...
Nəml Suresi, 52. Ayet:
Bu, haqsızlıqları
səbəbilə
çökmüş evləridir. Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır....
Rum Suresi, 36. Ayet:
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis əməllər)
səbəbilə
başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər....
Rum Suresi, 41. Ayet:
İnsanların qazandıqları günahlar
səbəbilə
quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar....
Nəhl Suresi, 59. Ayet:
Ona verilən pis müjdə
səbəbilə
insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Hüzaa və Kinanə qəbilələri: “Mələklər Allahın qızlarıdır!” - deyirdilər. Halbuki özləri qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yuxarıdakı ayədə onların bu hərəkətləri təsvir edilməkdədir.)...
Nəhl Suresi, 88. Ayet:
Kafir olub (insanları) Allahın yolundan döndərənlərə törətdikləri fitnə-fəsad
səbəbilə
əzab üstünə əzab artıracağıq....
Nəhl Suresi, 119. Ayet:
Həqiqətən, Rəbbin cahillikləri
səbəbilə
pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir....
İsra Suresi, 111. Ayet:
De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik
səbəbilə
bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut!...
Kəhf Suresi, 106. Ayet:
İnkar etmələri, ayələrimə və peyğəmbərlərimə istehza etmələri
səbəbilə
onların cəzası cəhənnəmdir....
Furqan Suresi, 38. Ayet:
Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri
səbəbilə
məhv etdik)....
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri
səbəbilə
daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Furqan Suresi, 45. Ayet:
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik. (Burada yerin günəş ətrafındakı hərəkəti
səbəbilə
kölgənin uzanıb qısaldığına işarə edilir.)...
Zümər Suresi, 30. Ayet:
Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər. (Bu ayə kafirlərin Həzrət Peyğəmbərin vəfatını arzulamaları və bunu gözləmələri
səbəbilə
nazil olmuşdur.)...
Zümər Suresi, 61. Ayet:
Allah saleh əməlləri
səbəbilə
müttəqiləri (cəhənnəmdən) xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar....
Fussilət Suresi, 17. Ayet:
Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar
səbəbilə
alçaldıcı ildırım əzabı onları yaxaladı....
Şura Suresi, 14. Ayet:
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq
səbəbilə
ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər....
Şura Suresi, 30. Ayet:
Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar)
səbəbilə
dir. Allah (günahların) çoxunu əfv edər....
Şura Suresi, 34. Ayet:
Yaxud Allah qazandıqları (günahlar)
səbəbilə
onları məhv edər, bir çoxunu da bağışlayar....
Fəth Suresi, 25. Ayet:
Onlar kafir olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz)
səbəbilə
günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan kafir olanlara acı bir əzab verərdik. (Hüdeybiyyədə qü...
Tur Suresi, 23. Ayet:
Onlar orada qədəh-qədəhə vuracaqlar. Orada (içki
səbəbilə
) nə boşboğazlıq, nə də günaha girmə vardır....
Hədid Suresi, 16. Ayet:
İman gətirənlərin Allahı anma və Ondan nazil olan (Quran)
səbəbilə
qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (peyğəmbərlərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbləri sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir....
Qəsəs Suresi, 54. Ayet:
Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri
səbəbilə
mükafatları iki dəfə veriləcəkdir....
Casiyə Suresi, 14. Ayet:
İman gətirənlərə de ki, qazandıqları günahlar
səbəbilə
bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar....
Casiyə Suresi, 17. Ayet:
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq
səbəbilə
ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir....
Ənam Suresi, 6. Ayet:
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları
səbəbilə
məhv etdik və onlardan sonra başqa nəsillər yaratdıq....
Ənam Suresi, 70. Ayet:
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri
səbəbilə
onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır....
Ənam Suresi, 145. Ayet:
De: “Mənə vəhy olunanların içində murdar olmaları
səbəbilə
leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!...
Əraf Suresi, 83. Ayet:
Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü
səbəbilə
) həlak oldu....
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbən inanmadıqları halda ağızlarıyla “İnandıq” deyənlər (münafiqlər) ilə yəhudilərdən küfrdə yarışanlar səni üzməsin. Onlar (yəhudilər öz din alimlərinin Allaha iftira və Tövratı təhriflə bağlı uydurduqları) yalanlara qulaq asar, (həmçinin kin və düşmənçilikləri
səbəbilə
) sənin yanına gələ bilməyən bir (yəhudi) camaata qulaq asarlar (və onların yalanlarını, sözlərini tətbiq edərlər). (Qulaq asdıqları kimsələr) sözləri yerlərindən oynadıb (təhrif edər) və belə deyərlər: “Əgər sizə...