Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də
sədəqələrinizi
minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər!
Sədəqələrinizi
malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!...
Bəqərə Suresi, 264. Ayet:
Ey amənu olanlar! Allaha və yəvm'il axıra inanmayaraq malını insanlara riya (göstəriş) üçün infaq edən (verən) adam kimi
sədəqələrinizi
minnətlə və əziyyət verərək batil etməyin (puç etməyin). Onun məsəli üzərində torpaq olan sərt bir qayaya bənzəyər ki, üzərinə qüvvətli bir yağış yağdığı zaman (üzərindəki torpağı yuyub apararaq) onu (təkrar) sərt bir qaya halına salması kimidir. Onlar qazandıqlarından bir şey əldə edə bilməzlər. Allah kafirlər qövmünü hidayətə ərdirməz....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər!
Sədəqələrinizi
, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər,
sədəqələrinizi
malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hida...
Bəqərə Suresi, 264. Ayet:
Ey iman edənlər! Allaha və axirət gününə inanmadığı halda (özünü) insanlara göstərmək üçün malını xərcləyən kimsətək siz də
sədəqələrinizi
başa qaxaraq və qəlb qıraraq hədər etməyin. Beləsinin halı üstündə bir az torpaq olan və məruz qaldığı şiddətli yağışın çılpaq hala saldığı bir qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Allah kafirlər qövmünü hidayətə yetirməz....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! öz malını insanlar qarşısında riyakarlıq göstərməklə sərf edənlər, Allaha və axirət gününə inanmayanlar kimi siz də öz
sədəqələrinizi
minnət qoymaqla və incitməklə batil etməyin. Bunun məsəli torpaqla örtülən bir qayanın məsəlinə bənzər ki, üzərinə şiddətli yağış yağan kimi onu çılpaq qoyar. Onlar qazandıqları bir şeyə sahib olmazlar. Axı Allah kafir camaatı düz yolla aparmır....
Bəqərə Suresi, 264. Ayet:
Ey iman etmiş kəslər! Allaha və son günə inanmadığı halda malını insanlara göstərmək üçün xərcləyən kimsə kimi, minnət qoyaraq və əziyyət edərək
sədəqələrinizi
puç etməyin. Onun halı, üstündə bir az torpaq olan, üstünə bir leysan yağdıqda leysanın çılpaq qoyduğu qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər qövmünü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər qövmünü] doğru yola yönləndirməz....