Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə
səmimi-qəlbdən
bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu
səmimi-qəlbdən
salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)...
Ənam Suresi, 36. Ayet:
Ancaq (
səmimi-qəlbdən
) qulaq asanlar dəvəti qəbul edər. Ölülərə gəldikdə, Allah onları dirildəcək, sonra Ona (Onun hüzuruna) qaytarılacaqlar....
Təhrim Suresi, 8. Ayet:
Ey iman gətirənlər! Allaha
səmimi-qəlbdən
tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Onların nuru önlərindən və sağ tərəflərindən saçılar. Onlar: “Ey Rəbbimiz! Bizim üçün nurumuzu tamamla və bizi bağışla! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”, - deyərlər....
Nəml Suresi, 89. Ayet:
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə,
səmimi-qəlbdən
imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar....
Həcc Suresi, 37. Ayet:
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (
səmimi-qəlbdən
etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!...
Loğman Suresi, 22. Ayet:
Kim yaxşı əməl sahibi olub özünü (
səmimi-qəlbdən
) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qurandan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)...
Qəsəs Suresi, 84. Ayet:
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (
səmimi-qəlbdən
imanla) gəlsə, ona bundan (əməlindən) daha yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!)...
Təhrim Suresi, 8. Ayet:
Ey iman gətirənlər! Allaha
səmimi-qəlbdən
(bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, ...
Məaric Suresi, 39. Ayet:
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın etiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona
səmimi-qəlbdən
itaət etməsidir. Nicat yolu yalnız budur!)...
İnfitar Suresi, 18. Ayet:
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha
səmimi-qəlbdən
ibadət və itaət!)...