Mücadilə Suresi, 7. Ayet: Ə, görmürsənmi ki, Allah bilir nə ki, səmalarda və nə ki,
ərzdə var? Hər gizli sözü ki, üç nəfər bir-biri ilə danışalar, O
dördüncüsüdür onların. Əgər beş nəfər gizlində danışalar, O
altıncısıdır onların. Bu saydan az ola, ya çox və hər yerdə
olsalar, O onlarladır. Sonra qiyamət günü xəbər verəcək onlara
nə ilə ki, əməl etdilər. Həqiqətən, Allah küllisi ilə şeyin
Alimdir!...
Maidə Suresi, 116. Ayet: Və o vaxt Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni və anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?" İsa dedi: "Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə/qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən! ...