Bəqərə Suresi, 247. Ayet: Peyğəmbərləri də onlara, "Şübhəsiz ki, Allah, sizə hökmdar olaraq Talutu göndərdi" demişdi. İsrail oğulları, "O, necə bizim hökmdarımız ola bilər, halbuki hökmdar olmağa bizim ondan daha çox haqqımız var, ona mal-dövlət olaraq bir genişlik, bir bolluq da verilməmişdir" dedilər. Peyğəmbərləri, "Onu sizin başınıza Allah seçmişdir və onu elm və bədəncə üstün etmişdir" dedi. Allah da mülkünü istədiyi kəsə verər. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....
Maidə Suresi, 54. Ayet: Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu və sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər və heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....