Maidə Suresi, 54. Ayet: Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!...
Bəqərə Suresi, 74. Ayet: Sonra da qəlbləriniz sərtləşdi; bax budur, onlar daş kimidir, hətta daha da qatıdır. Və şübhəsiz, elə daşlar var ki, onlardan çaylar fışqırar, elələri var ki, yarılar və içindən su çıxar, elələri də var ki, Allaha qarşı hörmət, məhəbbət və elmlə ürpərməkdən [yuvarlanıb] düşər. Allah sizin etdiklərinizdən xəbərsiz, qafil deyil....
Maidə Suresi, 54. Ayet: Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu və sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər və heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....