Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı sadəcə bir oyun, bir əyləncə, bir süs, aranızda qarşılıqlı bir öyünmə, çox mal və övlad sahibi olmaq yarışından ibarətdir. (Nəhayət, hamısı yox olub gedər.) Eynilə belə: Bir yağmur ki, bitirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra qurumağa başlayar, sən onu saralmış görərsən. Sonra da çör-çöp olar. Axirətdə isə (dünyadakı əmələ görə ya) şiddətli bir əzab və (ya) Allahın məğfirət və rizası var. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil....
Əraf Suresi, 54. Ayet: Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üstündə hökmranlığını quran, gündüzü, dayanmadan sürətlə təqib edən gecə ilə bürüyən və günəşi, ayı, ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, əmələ gətirmək və sistemlər quraraq onları işlətmək sadəcə Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah, nə qədər də xeyirxahdır!...
Səba Suresi, 14. Ayet: 14) Nə zaman ki, Biz onun ölümünü gerçəkləşdirdik; onun öldüyü barədə onlara ancaq əsasını yeyən yer üzü canlısı dəlalət etdi. Onun öldüyünü dərk etmələrinə, sadəcə əsasını yeyən yer canlısı/qurd səbəb oldu. Nə zaman ki üz üstü yerə yıxıldı, məlum oldu ki: "O yadlar bilmədikləri [şeyi, yəni] Süleymanın ölümünü bilmiş olsaydılar, o alçaldıcı əzab; həsrət, qürbət, əsarət içində, ağır işlər altında, zəncirə vurulmuş halda qalmazdılar."[#241]...
Şura Suresi, 48. Ayet: Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur....