Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Nisa Suresi, 23. Ayet: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram ed...
Bəqərə Suresi, 177. Ayet: Üzünüzü şərqə və qərbə çevirmək caiz deyil. Amma birr: Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirmək; Var-dövlətini sevsə də, onu qohum-əqrəbasına, yetimlərə, kasıblara, müsafir oğluna, kömək istəyənə, ehtiyacı olana verir; “Namaz qılmaq, zəkat vermək” söz verdiyi zaman vədi yerinə yetirmək, sıxıntı, çətinlik və fəlakət zamanı səbirli olmaq deməkdir. Bunlar sadiq olanlardır. Onlar da təqvalılardır....
Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, elə...
Bəqərə Suresi, 177. Ayet: Üzlərinizi şərq və qərb tərəfinə çevirməyiniz (həqiqi imanı göstərən) birr (sizi əbrar edəcək davranış biçimi) deyil. Lakin birr insanın Allaha, yəvm'il axıra (hidayət gününə, vüslət gününə) mələklərə, Kitaba və peyğəmbərlərə iman etməsi və sevdiyi maldan qohumlara, yetimlərə, miskinlərə (çalışa bilməyən qocalara), yolda qalmış yolçulara, istəyən (möhtaclara), kölə və (xilas olmaları üçün) əsirlərə verməsi və namazı qılması, zəkatı verməsidir. (Allah və insanlarla) əhd bağladıqları zaman əhdləri...
Əhzab Suresi, 35. Ayet: Həqiqətən, təslim olan
kişilər və təslim olan qadınlar, inanan kişilər və inanan
qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq
qadınlar, səbirli kişilər və səbirli qadınlar, çəkinən kişilər və
çəkinən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar,
yiməs tutan kişilər və yiməs tutan qadınlar, öz üzvlərini hifz
edən kişilər və hifz edən qadınlar, Allahı çoxlu yad edən kişilər
və yad edən qadınlar üçün Allah bağışlanmaq və əzəmətli əcr
hazır edib!...
Mömin Suresi, 28. Ayet: Dedi inanan bir kişi
Firaun ailəsindən, hansı ki, öz imanını gizlədirdi: «Ə, siz qətlə
yetirəcəksiniz o kişini ki, deyir: “Rəbbim mənim – Allahdır!”
- və gəldi sizə bəyanatlarla Rəbbinizdən? Əgər o yalançıdırsa,
onun yalanı öz əleyhinədir. Əgər o sadiqdirsə, sizə yetişər bəzi
odur ki, vəd verir sizə. Həqiqətən, Allah hidayət etməz o kəsi
ki, israfkar və yalançıdır!...
Bəqərə Suresi, 177. Ayet: Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir...
Əhzab Suresi, 35. Ayet: Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, vaxtını ibadətdə keçirən kişi və qadınlar, (imanına) sadiq kişi və qadınlar, səbrli kişi və qadınlar, (Allahdan) vahiməyə düşən kişi və qadınlar, sədəqə verən kişi və qadınlar, oruc tutan kişi və qadınlar, öz ismətini qoruyub saxlayan kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar - Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır....