Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada
sal)!
Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (Təfsirçilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ali-İmran Suresi, 121. Ayet:
(Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına
sal)!
Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!...
Ənbiya Suresi, 83. Ayet:
(Ya Rəsulum!) Əyyubu da (yada
sal)!
Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”...
Ənbiya Suresi, 89. Ayet:
(Ya Rəsulum!) Zəkəriyyanı da (yada
sal)!
Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi....
Ənbiya Suresi, 76. Ayet:
Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada
sal)!
Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq....
Ənbiya Suresi, 78. Ayet:
Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada
sal)!
(Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik....
Ənbiya Suresi, 83. Ayet:
Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada
sal)!
...
Ənbiya Suresi, 87. Ayet:
Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada
sal)!
O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan ol...
Sad Suresi, 41. Ayet:
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada
sal)!
...