Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Möminun Suresi, 14. Ayet:
Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına
saldıq,
sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır!...
Əraf Suresi, 160. Ayet:
Biz onları on iki qəbiləyə böldük. Qövmü ondan su istəyəndə Musaya dedi: “Əsanla daşa vur!” Biz aşkar etdik: Ondan on iki bulaq fışqırdı. Hər bir camaat suyu hansı mənbədən alacağını bilirdi. Onlara buludlarla kölgə
saldıq,
onlara toyuq-cücə, bildirçin verdik. Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin. Onlar bizə zülm etmədilər, əksinə özlərinə zülm etdilər....
Əraf Suresi, 160. Ayet:
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə
saldıq,
onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi kimi verdiyimiz pak şeylər-dən yeyin!”(– dedik.) Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər....
Bəqərə Suresi, 57. Ayet:
Biz sizin üstünüzə buludla kölgə
saldıq,
sizə manna və bildirçin endirdik (və:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– (dedik). Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər....
Səba Suresi, 19. Ayet:
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə
saldıq,
özlərini də pərən-pərən etdik. Həqiqətən, səbrli və şükür edən hər kəs bundan ibrət alar....
Bəqərə Suresi, 57. Ayet:
Üstünüzə buluddan kölgə
saldıq,
(göydən) qüdrət halvası və bildirçin endirdik: "Sizə ruzi olaraq verdiyimiz nemətlərdən yeyin !" (dedik). Onlar Bizə zülm etmədilər, ancaq özlərinə zülm etmiş oldular....
Əraf Suresi, 11. Ayet:
Biz sizi xəlq etdik, sonra sizi bir şəklə
saldıq,
sonra isə mələklərə dedik: "Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, İblisdən başqa. O, səcdə edənlərdən olmadı....
Əraf Suresi, 160. Ayet:
Biz onları on iki nəslə - millətə böldük. Biz Musaya onun camaatı ondan içməyə su istədikdə Biz ona vəhy etdik: "Əsanla daşa vur!" Oradan on iki çeşmə qaynayıb çıxdı. Hər dəstə ondan öz su götürəcəyi yeri tanıdı. Buludlarla onların üzərinə kölgə
saldıq,
onlara qüdrət halvası və bildirçin endirdik. "Sizə verdiyimiz gözəl ruzilərdən yeyin." -dedik. Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm etdilər!...