Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhqaf Suresi, 35. Ayet:
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını
sanacaqlar.
Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz q...
Əhqaf Suresi, 35. Ayet:
(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını
sanacaqlar.
(Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)...
Əhqaf Suresi, 35. Ayet:
Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını
sanacaqlar.
(Bu), bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi?...
Əhqaf Suresi, 35. Ayet:
Peyğəmbərlərdən əzm sahiblərinin səbr etdiyi kimi sən də səbr et və onlar [müşriklər] üçün (əzabın gəlməsinə) tələsmə! Onlar özlərinə vəd olunmuşu [əzabı] gördükləri gün (dünyada) gündüzün bir anı qədər qaldıqlarını
sanacaqlar.
(Bu Quran) xəbərdarlığı (çatdırır). Heç pozğun adamlardan başqaları məhv edilər?...