Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 5. Ayet:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna
saxlamamaq
şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır....
Maidə Suresi, 5. Ayet:
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna
saxlamamaq
şərti ilə mehr-lərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar....
Maidə Suresi, 5. Ayet:
Bu gün sizə pak nemətlər halal edildi. Kitab bəxş olunanların yeməkləri sizə halaldır və sizin yeməkləriniz onlara halaldır. Namuslu olub zina etməmək, məşuqə
saxlamamaq
şərtilə ismətli mömin qadınlar və sizdən əvvəl Kitab bəxş olunmuş ismətli azad qadınlar mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. Kim imanı danarsa, əməli zay olar və o, axirətdə zərərə düşənlərdən olar....
Maidə Suresi, 5. Ayet:
Bu gün sizə yaxşı və təmiz şeylər halal edildi. Kitab əhlinin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. Möminlərdən azad qadınları və sizdən əvvəl Kitab verilənlərdən azad qadınları, mehrlərini[#401] verdiyiniz halda, kəbin kəsərək himayə altına almaq -zina etməmək və gizli aşna
saxlamamaq
şərti ilə-sizə halal edildi. Kim imanı inkar edərək küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə] həqiqətən onun əməli boşa çıxar və o, axirətdə ziyana/zərərə uğrayıb acı...