Nəhl Suresi, 81. Ayet: Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!...
Əhzab Suresi, 35. Ayet: Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!...
Nisa Suresi, 135. Ayet: Ay o kəslər ki, inanırsınız! Möhkəm insaflı Allah
şahidləri olun, əgər olsa belə üzərində nəfsinizin, ya
valideynlərin və ya yaxınların. Əgər olarsa ehtiyacsız, ya fəqir-
Allah onlara daha yaxındır. Tabe olmayin havayı istəyinizə
ki, ədaləti saxlayasınız. Əgər dilinizi əyib-büzəsiniz, ya üz
döndərəsiniz, həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!...
Həşr Suresi, 23. Ayet: O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəz...
Əhzab Suresi, 35. Ayet: Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, vaxtını ibadətdə keçirən kişi və qadınlar, (imanına) sadiq kişi və qadınlar, səbrli kişi və qadınlar, (Allahdan) vahiməyə düşən kişi və qadınlar, sədəqə verən kişi və qadınlar, oruc tutan kişi və qadınlar, öz ismətini qoruyub saxlayan kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar - Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır....
Bəqərə Suresi, 255. Ayet: Allah, Özündən başqa məbud deyə bir şey olmayandır, hər zaman diridir, hər şeyi bərqərar saxlayandır, qoruyandır, diri və bütün kainatı idarə edəndir. Onu əsla mürgüləmə və yuxu tutmaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Onundur. Onun izni/xəbəri olmadan yanında yardım, şəfaət edə bilən kim var? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə, Onun istədiyindən başqa, elmindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. O...
Həcc Suresi, 5. Ayet: Ey insanlar! Əgər öldükdən sonra diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, nə olduğunuzu sizə aydınlaşdırmaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriondan, sonra şəkli az-çox müəyyən olunan bir ət parçasından əmələ gətirdik. Və Biz, istədiyimizi müəyyən bir müddətə qədər bətnlərdə saxlayarıq. Sonra sizi bir uşaq olaraq, daha sonra yetkinlik çağına yetişməyiniz üçün çıxardarıq. Bununla birlikdə, bəzilərinizə keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir...