Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz....
Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Nisa Suresi, 36. Ayet: Allaha qul olun. Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya, qohuma, yetimlərə, miskinlərə, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dostlarınıza, yolda qalmışa və əlinizin altında sahib olduqlarınıza (köləyə, cariyəyə, işçilərə) ehsanla davranın (gözəl davranın, yaxşılıq edin). Şübhəsiz ki, Allah kibirli olan və lovğalıq edən kəsləri sevməz....
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dosta, yolçuya, əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz, Allah kibrlənən və qürrələnən kimsələri sevməz....