Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nur Suresi, 43. Ayet:
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu
sovuşdura
r. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin....
Furqan Suresi, 19. Ayet:
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı
sovuşdura
bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”...
Mömin Suresi, 47. Ayet:
Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən
sovuşdura
bilərsinizmi?” - deyəcəklər....
Ali-İmran Suresi, 195. Ayet:
Rəbbi onlara belə cavab verdi: "İstər kişi olsun, istərsə də qadın olsun, sizdən yaxşı işlər görənlərin mükafatını zay etmirəm. Siz hamınız bir-birinizdənsiniz. Onlar Mənim yolumda hicrət edənlər, yurdlarından qovulanlardır. Mənim yolumda zülmə məruz qaldılar, vuruşdular və öldürüldülər: "Onların pis əməllərini
sovuşdura
cağam. Onların əməllərinin mükafatı Allah yanındadır. Şübhəsiz ki, onları içindən çaylar axan cənnətlərdə yerləşdirəcəyəm. Ən gözəl mükafat Allah yanındadır. ."...
Yunus Suresi, 107. Ayet:
Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs
sovuşdura
bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir....
Nəml Suresi, 62. Ayet:
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri
sovuşdura
n, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?...
Nur Suresi, 43. Ayet:
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu
sovuşdura
r. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər....
Furqan Suresi, 19. Ayet:
(Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən)
sovuşdura
r, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”....
Nəml Suresi, 62. Ayet:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri
sovuşdura
n və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?...
İbrahim Suresi, 21. Ayet:
(Axirət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən
sovuşdura
bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur”....
Yusif Suresi, 24. Ayet:
Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürm...
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kim
sovuşdura
bilməz. Əgər sənə bir xeyir yetirsə, onu da heç kim
sovuşdura
bilməz. Bil ki, O, hər şeyə haqqı ilə gücü yetəndir....
Nur Suresi, 43. Ayet:
Görmürsənmi ki, Allah buludları sürükləyir. Sonra onları birləşdirib üst-üstə yığır. Nəhayət, onların arasından yağmurun yağdığını görərsən. O, göydən, oradakı dağ (kimi bulud)lardan dolu endirər. Onu istədiyinə tuş gətirər, istədiyindən də
sovuşdura
r. Bu buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin....
Nəml Suresi, 62. Ayet:
Yaxud Ona dua etdiyi zaman darda qalanın duasına cavab verən, başa gələn pisliyi
sovuşdura
n, sizi yer üzünün xəlifələri olaraq yaradan? Allah ilə yanaşı başqa ilahmı var? Nə qədər az düşünürsünüz?...
Təhrim Suresi, 10. Ayet:
Allah inkar edənlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Bu ikisi qullarımızdan iki saleh adamın nikahında idilər. Onlara xəyanət etdilər, ərləri Allahın əzabından heç bir şeyi onlardan
sovuşdura
bilmədi. Onlara: “Atəşə girənlərlə bərabər siz də girin!” – deyildi....
Haqqə Suresi, 47. Ayet:
Heç biriniz bu cəzanı ondan
sovuşdura
bilməzdi....
İsra Suresi, 56. Ayet:
De: "Siz Allahdan başqa tanrı güman etdiklərinizi [bütləri] çağırın. Onlar bəlanı üzərinizdən nə götürər, nə de
sovuşdura
bilərlər."...
Zümər Suresi, 38. Ayet:
And olsun, sən onlardan soruşanda ki, göyləri və yeri kim yaradıb, həqiqətən onlar: "Allah!" - deyərlər. De: "Allahı qoyub çağırdığınız o başqaları barəsində heç düşünmüsünüzmü? Əgər Allah mənə bir xətər yetirmək istəsə, məgər onlar Onun xətərini
sovuşdura
bilərlər? Yaxud mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?" De: "Allah mənə bəsdir, təvəkkül edənlər yalnız Ona bel bağlayarlar!”...
Nəml Suresi, 62. Ayet:
Onların şərik qoşduqları şeylərmi xeyirlidir yoxsa Ona yalvardığında, darda qalana cavab verən və şəri
sovuşdura
n, sizi yer üzünün varisləri edənmi? Allahla yanaşı başqa bir məbudmu var? Çox az fikirləşirsiniz!...