Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İbrahim Suresi, 18. Ayet:
Rəbbini inkar edənlərin əməlləri, fırtınalı bir gündə küləyin şiddətlə
sovurduğu
külə bənzəyir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. (Haqdan) uzaq zəlalət məhz budur!...
Kəhf Suresi, 45. Ayet:
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin
sovurduğu
çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir....
İbrahim Suresi, 18. Ayet:
Rəbbinə nankorluq edənlərin əməlləri fırtınalı bir gündə küləyin
sovurduğu
kül kimidir. Qazandıqlarından heç nə saxlamırlar. Bu, dərin təhrifdir....
Kəhf Suresi, 45. Ayet:
(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin
sovurduğu
quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir!...
İbrahim Suresi, 18. Ayet:
Rəblərini inkar edənlərin əməllərinin məsəli- fırtınalı bir gündə şiddətli küləyin
sovurduğu
kül kimidir. Qazandıqlarından bir şeyə qadir ola bilməzlər. Məhz bu ‘uzaq dəlalət’dir....
İbrahim Suresi, 18. Ayet:
Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə
sovurduğu
külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur....
İbrahim Suresi, 18. Ayet:
Rəblərini inkar edənlərin halı belədir: Onların əməlləri fırtınalı bir gündə küləyin şiddətlə
sovurduğu
kül kimidir. (Dünyada) qazandıqları heç bir şeyin (axirətdə) faydasını görməzlər. Bax bu, dərin zəlalətdir....
Kəhf Suresi, 45. Ayet:
Onlara dünya həyatını misal çək: (Dünya həyatı) göydən endirdiyimiz yağmur kimidir. Onunla yer üzünün bitkiləri boy atıb bir-birinə qarışır. Lakin bütün bu canlılıq axırda, küləyin
sovurduğu
quru bir çör-çöp halına gələr. Allah hər şey üzərində qüdrət sahibidir....
İbrahim Suresi, 18. Ayet:
Kafirlərin [Rəbbini bilə-bilə inkar edən/inanmayan kəslərin] insanların halı, onların əməlləri eynilə fırtınalı bir gündə küləyin şiddətlə
sovurduğu
külə bənzəyər. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax bu, uzaq azğınlığın məhz özüdür....
Kəhf Suresi, 45. Ayet:
Və sən, onlara bəsit dünya həyatının misalını ver: O bəsit dünya həyatı göydən endirdiyimiz bir su kimidir ki, bu su səbəbiylə yer üzünün bitkiləri bir-birinə qarışmış, sonra da küləyin
sovurduğu
bir çöp qırıntısına dönmüşdür. Və Allah, hər şeyə gücünü qəbul etdirəndir....