Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rəd Suresi, 5. Ayet:
(Ey Rəsulum!) Əgər (kafirlərə)
təəccüblənirsənsə,
(bil ki,) əslində təəccüblü olan onların “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” sözüdür. Onlar Rəbbini inkar edənlərdir. (Axirət günü) onların boyunlarına zəncir vurulacaq. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar....
Rəd Suresi, 5. Ayet:
(Ya Rəsulum!) Əgər (müşriklərə)
təəccüblənirsənsə,
əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar....
Rəd Suresi, 5. Ayet:
Əgər
təəccüblənirsənsə,
onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar....
Rəd Suresi, 5. Ayet:
Əgər (bir şeyə)
təəccüblənirsənsə,
onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar....
Rəd Suresi, 5. Ayet:
Əgər sən
təəccüblənirsənsə,
onların: “Doğrudanmı biz torpağa çevrildikdən sonra yenidən yaradılacağıq?" -demələri daha təəccüblüdür. Onlar öz Rəbbini inkar edənlərdir. Onlar boyunlarında zəncirlər olanlardır. Onlar cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar....
Rəd Suresi, 5. Ayet:
Və əgər sən
təəccüblənirsənsə,
əsl təəccübləniləsi şey onların: "Biz torpaq olduqdan sonra, həqiqətən yeni bir dirilişdəmi olacağıq?" sözləridir. Bax, onlar Rəbblərinə inanmamış kəslərdir. Və boyunlarında dəmir halqalar olanlar da onlardır. Və bax onlar Atəş əhlidir, onlar orada əbədi qalacaqlar....