Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala...
Məryəm Suresi, 64. Ayet:
(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə
tədrici
vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil....
Həcc Suresi, 5. Ayet:
Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, s...