Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 46. Ayet:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnə...
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (
Təfsir
lərdə, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)...
Əraf Suresi, 166. Ayet:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi
təfsir
çilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup
təfsir
çiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)...
Əraf Suresi, 175. Ayet:
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (
Təfsir
alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona...
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin
təfsir
i ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri
təfsir
ində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Bəqərə Suresi, 1. Ayet:
Əlif, Lam, Mim.(Bəzi surələrin başında yer alan belə hərflərə “Hürufi-müqəttəə” deyilir.
Təfsir
çilər tərəfindən bu hərflərə müxtəlif mənalar verilmişdir.)...
Bəqərə Suresi, 54. Ayet:
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi
təfsir
çilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir....
Bəqərə Suresi, 138. Ayet:
(Ey möminlər, deyin ki:) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik. (Zəməxşərinin
təfsir
ində qeyd edildiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır və beləcə həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə də yuxarıdakı ayədə müsəlmanlara: “Biz Allahın rəngi ilə boyandıq!” – demələri tövsiyə olunmuşdur. Buradakı “rəng” ilə İslam dini nəzərdə tutulmuşdur.)...
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Tövbə Suresi, 19. Ayet:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (
Təfsir
kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz ...
Hud Suresi, 78. Ayet:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi
təfsir
çilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızl...
Hud Suresi, 114. Ayet:
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir. (
Təfsir
çilərə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı namazlarıdır.)...
Maidə Suresi, 7. Ayet:
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi
təfsir
edilmişdir.)...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (
Təfsir
lərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Ali-İmran Suresi, 92. Ayet:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini
təfsir
çilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq
təfsir
etmişlər.)...
Ali-İmran Suresi, 104. Ayet:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (
Təfsir
çilər bu ayəni əsas alaraq müsəlmanların içində yaxşılığı əmr edib pis işləri qadağan edən ictimai bir təşkilatın olmasının fərzi-kifayə olduğunu bildirmişlər.)...
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (
Təfsir
lərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Ali-İmran Suresi, 180. Ayet:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi
təfsir
lərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (
Təfsir
lərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Əhqaf Suresi, 10. Ayet:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Nəml Suresi, 82. Ayet:
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (
Təfsir
lərdə “Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)...
Nəml Suresi, 88. Ayet:
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır. (Bəzi
təfsir
çilərə görə, bu ayə dünyanın hərəkət etdiyinə işarə edir. Yəni, ayədəki “dağların buludlar kimi keçməsi” ifadəsi yer kürəsinin hərəkətdə olduğuna dəlalət edir.)...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (
Təfsir
çilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (
Təfsir
lərdə qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 42. Ayet:
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı. (
Təfsir
çilərə görə, Yusif peyğəmbər Allahı qoyub başqasından yardım istədiyi üçün beş illik həbsdən sonra yeddi il daha həbsdə qalmışdır. Beləcə, cəmi on iki il zindan həyatı yaşamışdır. Çünki peyğəmbərlərə yaraşan ən gözəl davranış yalnız Allahdan yardım istəmək və başqasına əl açmamaqdır.)...
Yusif Suresi, 69. Ayet:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (
Təfsir
lərdə qeyd olunan rəvayətlərə görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünya...
Yusif Suresi, 100. Ayet:
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Ata-ana və qardaşlarının səcdə etməsi
təfsir
lərdə...
Rəd Suresi, 41. Ayet:
Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. (Yer üzünün kənarlarından əksildilməsi məsələsini klassik
təfsir
çilər belə izah etmişlər ki, müsəlmanların, kafirlərin torpaqlarını fəth etmələri və müsəlmanların sayının çoxalması nəticəsində yer üzü artıq kafirlərə dar gəlməyə başlamışdır. Ancaq müasir
təfsir
çilərin bir qismi bu ifadənin, yer kürəsində baş verən eroziya p...
İbrahim Suresi, 25. Ayet:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi də faydalı meyvədir.
Təfsir
çilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)...
İbrahim Suresi, 48. Ayet:
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar. (Yerin və göylərin başqa yer və göylərlə əvəz olunması barəsində
təfsir
çilər müxtəlif fikirlər irəli sürmüşlər. Bir rəvayətə görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir rəvayətə görə isə, yer və göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)...
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin dig...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (
Təfsir
lərdə qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Pey...
İsra Suresi, 5. Ayet:
Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi. (
Təfsir
lərdə sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkər...
İsra Suresi, 7. Ayet:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik). (
Təfsir
lərdə İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.)...
İsra Suresi, 57. Ayet:
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (
Təfsir
çilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zə...
İsra Suresi, 60. Ayet:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (
Təfsir
çilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)...
İsra Suresi, 78. Ayet:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (
Təfsir
çilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)...
Kəhf Suresi, 9. Ayet:
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (
Təfsir
çilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrup...
Kəhf Suresi, 20. Ayet:
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!” (
Təfsir
çilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara ba...
Kəhf Suresi, 60. Ayet:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (
Təfsir
lərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi
təfsir
çilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)...
Kəhf Suresi, 86. Ayet:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. (
Təfsir
lərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarş...
Kəhf Suresi, 90. Ayet:
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. (
Təfsir
mənbələrində qeyd olunduğuna görə, Zülqərneyn qərbdəki işlərini həll etdikdən sonra şərqə yönəldi və nəhayət, Hind okeanı sahillərinə gəlib çıxdı. Burada qarşılaşdığı insanlar günəşin şüasına qarşı qorunacaqları paltar və evlər düzəltməyi bilmirdilər.)...
Məryəm Suresi, 16. Ayet:
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. (
Təfsir
çilərə görə, Həzrət Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.)...
Məryəm Suresi, 34. Ayet:
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır. (
Təfsir
çilərə görə, yuxarıdakı ayədə ifadə edilən Həzrət İsanın “haqq söz” olması Allahın “Kun (ol)!” sözü ilə yaranması deməkdir.)...
Məryəm Suresi, 37. Ayet:
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! (
Təfsir
çilər ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd etmişlər.)...
Möminun Suresi, 32. Ayet:
Onlara da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə də Allahdan çəkinmirsinizmi?” - deyən bir peyğəmbər göndərdik. (Yuxarıdakı ayədə özünün və qövmünün adı çəkilməyən peyğəmbər bəzi
təfsir
çilərə görə, Hud, yaxud Saleh peyğəmbərdir.)...
Nur Suresi, 22. Ayet:
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Həzrət Aişəyə iftira atanlardan biri də məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi.
Təfsir
çilərə görə, yuxarıda...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (
Təfsir
lərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Şüəra Suresi, 20. Ayet:
Musa dedi: “Mən o işi edərkən nadanlardan idim. (Burada Həzrət Musanın bir Misirlini öldürməsinə işarə edilir.
Təfsir
lərdə Həzrət Musanın öldürmə məqsədi güdmədən bir nəfəri vurduğu və bunun nəticəsində həmin adamın öldüyü qeyd olunur.)...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (
Təfsir
çilərə görə, Qurani-Kərimin Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Loğman Suresi, 10. Ayet:
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik. (Müasir bəzi
təfsir
lərdə göylərin dirəksiz yaradılması “cazibə qüvvəsi” kimi izah edilmişdir.)...
Səcdə Suresi, 5. Ayet:
O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi
təfsir
çilərə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə mü...
Səcdə Suresi, 9. Ayet:
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim
təfsir
çilərə görə, “Allahın Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər. (
Təfsir
lərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)...
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (
Təfsir
lərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)...
Saffat Suresi, 4. Ayet:
Həqiqətən, sizin ilahınız təkdir! (Bəzi
təfsir
çilər bu ayələrdə qeyd olunan “səf-səf düzülən, bağıraraq qovan və zikri oxuyanlar”ın mələklər olduğunu ifadə etmişlər.)...
Saffat Suresi, 141. Ayet:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu. (
Təfsir
lərdə qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (
Təfsir
lərdə Həzrət Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd olunur.)...
Zümər Suresi, 6. Ayet:
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi
təfsir
çilər tər...
Zümər Suresi, 40. Ayet:
Rüsvayedici əzab kimə gələcək və daimi əzab kimə nazil olacaq”. (
Təfsir
çilərə görə, müşriklərin rüsvayedici əzaba düçar olmaları Bədr döyüşündəki məğlubiyyətləridir. Daimi əzab isə cəhənnəm əzabıdır.)...
Mömin Suresi, 11. Ayet:
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (
Təfsir
çilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)...
Mömin Suresi, 15. Ayet:
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir. (
Təfsir
lərdə “dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)...
Mömin Suresi, 46. Ayet:
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!” (Bu ayə
təfsir
çilər tərəfindən qəbir əzabının gerçək olduğuna dəlil göstərilmişdir.)...
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur. (Bəzi
təfsir
çilərə görə, bu ayədə Həzrət İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə edilmişdir.)...
Zuxruf Suresi, 74. Ayet:
Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar. (
Təfsir
çilərin əksəriyyətinə görə, bu ayədəki “günahkarlar” Allahı inkar edən, yaxud Ona şərik qoşan kimsələrdir.)...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (
Təfsir
lərdə qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)...
Zariyat Suresi, 47. Ayet:
Biz göyü əllərimizlə (qüdrətimizlə) yaratdıq və onu genişləndiririk. (Bəzi müasir
təfsir
çilər bu ayədəki “Biz onu genişləndiririk” ifadəsinin kainatdakı planetlərin və qalaktikaların getdikcə bir-birindən uzaqlaşmasına işarə etdiyini bildirmişlər.)...
Tur Suresi, 1. Ayet:
And olsun dağa! (
Təfsir
lərdə qeyd olunduğuna görə, bu dağ Həzrət Musanın Allahla danışdığı Mədyəndəki dağdır.)...
Tur Suresi, 4. Ayet:
And olsun Beyti-məmura! (“Beyti-məmur” ifadəsi “Kəbə”, yaxud “səmada mələklərin təvaf etdiyi bir məqam” olaraq
təfsir
edilmişdir.)...
Mücadilə Suresi, 13. Ayet:
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (
Təfsir
çilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)...
Qəsəs Suresi, 76. Ayet:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. (
Təfsir
lərdə qeyd olunduğuna görə, Həzrət Musanın əmisi oğlu olan Qarun İsrail oğulları arasında Tövratı ən yaxşı bilənlərdən biri hesab olunurdu və ticarətdə də çox mahir idi. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə Həzrət Musaya ...
Ənkəbut Suresi, 35. Ayet:
Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq. (
Təfsir
çilər bu ibrət nişanəsini məhv edilən qövmün başına gələnlərlə bağlı hekayətlər, xarabaya çevrilmiş yurdlarından qalan izlər, göydən yağdırılmış daşlar və s. kimi izah etmişlər.)...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Taha Suresi, 130. Ayet:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (
Təfsir
çilər bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (
Təfsir
çilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)...
Əhzab Suresi, 72. Ayet:
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir. (İnsana yüklənən əmanət
təfsir
çilər tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir. Allah-Təala bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir və beləcə, onu sınaqdan keçirir.)...
Ənbiya Suresi, 7. Ayet:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (
Təfsir
çilərə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan əhli-kitab alimləri nəzərdə tutulur.)...
Ənbiya Suresi, 58. Ayet:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (
Təfsir
lərdə qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənbiya Suresi, 71. Ayet:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah Həzrət İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu bütpərəstlərin əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu.
Təfsir
çilərə görə, bu məmləkət Şam və Fələstin torpaqlarıdır.)...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (
Təfsir
çilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ənbiya Suresi, 105. Ayet:
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq. (
Təfsir
çilərin bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə etmişlər.)...
Yasin Suresi, 13. Ayet:
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. (
Təfsir
mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd olunur.)...
Ənam Suresi, 83. Ayet:
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü
təfsir
çilər “Həzrət İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə bilər.)...
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi
təfsir
çilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala...
Mutəffifin Suresi, 8. Ayet:
Sən haradan biləsən ki, Siccin nədir? (
Təfsir
lərdə “Siccin” haqqında “kafirlərin əməllərinin yazıldığı kitab”, “çox dar bir zindan”, “cəhənnəmdəki bir quyu”, “insanların və cinlərin əməllərinin yazıldığı əməl dəftəri” kimi müxtəlif izahlar verilmişdir.)...
Bürüc Suresi, 5. Ayet:
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı. (
Təfsir
lərdə, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (
Təfsir
lərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)...
Təkəsur Suresi, 2. Ayet:
Hətta qəbirləri də ziyarət etdiniz. (
Təfsir
lərdə qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (
Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)...
Ali-İmran Suresi, 7. Ayet:
Bu kitabı sənə nazil edən Odur. Onun bəzi ayələri o qədər güclüdür ki, onlar Kitabın anasıdır. Digər ayələr də mütəşabihdir. Bu halda qəlbində əyrilik olanlar ixtilaf yaratmaq və öz anlayışlarına uyğunlaşdırmaq üçün mütəşabih ayələrə müraciət edirlər. Halbuki onun ən doğru
təfsir
ini ancaq Allah bilir. Elmdə dərinləşənlər deyirlər: “Biz Ona iman gətirdik, bütün dəlillər Rəbbimizdəndir”. deyirlər. Yalnız ağlı başında olanlar bu haqda düşünür və məsləhət görürlər....
Yusif Suresi, 6. Ayet:
Beləliklə, Rəbbin səni seçəcək və hadisələrin
təfsir
ini sənə bildirəcək. Ataların İbrahimə və İshaqa olan nemətini tamamladığı kimi, sənə və Yaqub nəslinə də nemətlərini tamamlayacaqdır. Sənin Rəbbin hər şeyi biləndir, ən yaxşı hökm verəndir....
Yusif Suresi, 21. Ayet:
Onu alan misirli arvadına deyir: “Onun qayğısına qal, bizə faydalı ola bilər, bəlkə onu övladlığa götürək”. dedi. Beləliklə, Yusifi orada yerləşdirdik ki, ona bəzi hədislərin
təfsir
ini öyrədək. Allah buyurduqlarını yerinə yetirəndir. Amma insanların çoxu bunu bilmir....
Yusif Suresi, 101. Ayet:
"Ey Rəbbim! Sən mənə imamlıq verdin və mənə hədislərin
təfsir
ini öyrətdin. Ey göylərin və yerin qanunlarını qoyan! Dünyada və axirətdə mənim himayəmsən, müsəlman olaraq canımı al və mənə qovuş. salehlər arasındadır”....
Furqan Suresi, 33. Ayet:
Onlar sənə hər hansı məsəl ilə gəlməzdən öncə Biz sənə haqqı və onun ən gözəl
təfsir
ini bildirərik....
Furqan Suresi, 33. Ayet:
Gətirməzlər sənə elə bir məsəl ki, gətirməyək Biz sənə haqq olanı və yaxşı
təfsir
i. ...
Əraf Suresi, 180. Ayet:
(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə
təfsir
edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır)....
Yusif Suresi, 101. Ayet:
«Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının)
təfsir
ini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur»....
Hicr Suresi, 87. Ayet:
Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini
təfsir
edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik....
Zümər Suresi, 23. Ayet:
Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan,
təfsir
edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqa...
Furqan Suresi, 33. Ayet:
Onlar sənə elə bir məsəl gətirməzlər ki, (bunun əvəzində) sənə haqqı və ən gözəl
təfsir
i gətirməmiş olaq....
Kəhf Suresi, 25. Ayet:
Onlar mağarada üç yüz il qaldılar, doqquz da arttırdılar. [Buna görə mağara əhli mağarada üç yüz doqquz il qaldılar. Bəzi
təfsir
çilərə görə isə, şəmsi-miladi təqvimi ilə hesablanmış 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir]....