Nəml Suresi, 40. Ayet: Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə )möhtac deyildir, Səxavətlidir!”...
Yusif Suresi, 100. Ayet: Valideynlərini
taxt üstündə əyləşdirdi və xar oldular Onun üçün səcdəynən
Dedi: «Ay ata! Budur mənim röyamın təvilidir ki, bundan
qabaq görmüşdüm. Əlbəttə, Rəbbim onu haqq etdi və mənə
yaxşılıq etdi, onda ki, zindandan xaric etdi və gəldi sizinlə
çöldən, ondan sonra ki, şeytan mənimlə qardaşlarım arasında
ayrılıq saldı. Həqiqətən, Rəbbim istədiyi kəsə qarşı Lətifdir!
Həqiqətən, O Alimdir, Həkimdir!»...
Hədid Suresi, 4. Ayet: Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruh...
Əraf Suresi, 54. Ayet: Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üstündə hökmranlığını quran, gündüzü, dayanmadan sürətlə təqib edən gecə ilə bürüyən və günəşi, ayı, ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, əmələ gətirmək və sistemlər quraraq onları işlətmək sadəcə Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah, nə qədər də xeyirxahdır!...