Nisa Suresi, 172. Ayet: Məsih və yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiklərinə inandıqları güclər], Allahın bir qulu olmaqdan əsla çəkinməzlər. Və kim Ona qulluq etməkdən çəkinsə və təkəbbür göstərsə, bilsin ki, O, onların hamısını tezliklə; Yer üzü, özünə məxsus sarsıntıyla lərzəyə gəldiyi, yer üzü öz ağırlıqlarını çıxardığı və insan, "Bu yer üzünə nə olub?" dediyi zaman Öz hüzuruna toplayacaq. Bax o gün yer üzü, şübhəsiz ki, Rəbbinin ona vəhy etməsi səbəbiylə bütün xəbərlərini bir-bir söyləyə...
Maidə Suresi, 54. Ayet: Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu və sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər və heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....