Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Zümər Suresi, 3. Ayet:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost
tutanlar:
“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz....
Zümər Suresi, 3. Ayet:
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost
tutanlar:
“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!...
Zümər Suresi, 3. Ayet:
Xalis din Allah üçündür, elə deyilmi? Ondan (Allahdan) başqa özlərinə dost
tutanlar:
‘Biz onlara (bütlərə) yalnız bizi Allaha yaxın bir məqama yaxınlaşdırmaları üçün tapınırıq.’ (dedilər). Şübhəsiz ki, Allah haqqında ixtilaf etdikləri şey barəsində onların aralarında hökm verər. Şübhəsiz ki, Allah yalanlayan və inkar edənləri hidayətə ərdirməz....
Zümər Suresi, 3. Ayet:
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost
tutanlar:
“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz....
Zümər Suresi, 3. Ayet:
Yaxşı bilin ki, xalis din sadəcə Allahındır. Onu buraxıb başqa dostlar
tutanlar:
“Biz onlara sadəcə bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”, – deyirlər. Şübhəsiz, Allah ixtilafa düşdükləri şeylər barəsində aralarında hökm verəcək. Şübhəsiz, Allah yalançı və nankor olanları doğru yola yönəltməz....