Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 69. Ayet:
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana
uğrayanlardır!
...
Ənfal Suresi, 37. Ayet:
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana
uğrayanlardır!
...
Bəqərə Suresi, 27. Ayet:
O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana
uğrayanlardır!
...
Əhqaf Suresi, 18. Ayet:
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana
uğrayanlardır!
...
Zümər Suresi, 63. Ayet:
Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər – məhz onlar ziyana
uğrayanlardır!
...
Mücadilə Suresi, 19. Ayet:
Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana
uğrayanlardır!
...
Ənkəbut Suresi, 52. Ayet:
De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana
uğrayanlardır!
”...
Bəqərə Suresi, 27. Ayet:
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana
uğrayanlardır!
...