Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Mömin Suresi, 78. Ayet:
Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan hekayətini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir peyğəmbər Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana
uğrayarlar.
...
Mömin Suresi, 78. Ayet:
Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana
uğrayarlar.
...
Mömin Suresi, 78. Ayet:
Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana
uğrayarlar.
...
Mömin Suresi, 78. Ayet:
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğr...
Mömin Suresi, 78. Ayet:
And olsun, səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlardan sənə danışdıqlarımız da var, danışmadıqlarımız da var. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəldikdə isə haqq yerinə gətirilər. Bax o zaman bunu batil sayanlar ziyana
uğrayarlar.
...