Mömin Suresi, 15. Ayet: Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!...
Əraf Suresi, 176. Ayet: İstəsəydik, o ayələrlə onu, əlbəttə, ucaldardıq. Lakin o, dünyaya bağlanıb qaldı, öz həvasına uydu. Onun halı elə bir köpəyə bənzəyir ki, üstünə getsən də, dilini çıxarıb ləhləyər, öz başına buraxsan da dilini çıxarıb ləhləyər. Bu, ayələrimizi yalan sayan qövmün halıdır. İndi onlara bu qissələri danış ki, düşünsünlər....
Bəqərə Suresi, 255. Ayet: Allah, Özündən başqa məbud deyə bir şey olmayandır, hər zaman diridir, hər şeyi bərqərar saxlayandır, qoruyandır, diri və bütün kainatı idarə edəndir. Onu əsla mürgüləmə və yuxu tutmaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Onundur. Onun izni/xəbəri olmadan yanında yardım, şəfaət edə bilən kim var? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə, Onun istədiyindən başqa, elmindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. O...