Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 31. Ayet:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab
verəcəklər.
O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!...
Əhqaf Suresi, 34. Ayet:
Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (onlara belə deyiləcək): “Bu, həqiqət deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” - deyə cavab
verəcəklər.
Allah: “Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” - deyəcəkdir....
Mömin Suresi, 50. Ayet:
Gözətçilər: “Peyğəmbərləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab
verəcəklər.
Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. Kafirlərin duası isə mütləq boşa çıxar....
Fussilət Suresi, 21. Ayet:
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, - deyə cavab
verəcəklər.
...
Əraf Suresi, 194. Ayet:
Allahdan başqasına dua etdikləriniz də sizin kimi bəndələrdir. Əgər doğru deyirsinizsə, onları çağırın, onlar sizə cavab
verəcəklər.
...
Ənbiya Suresi, 23. Ayet:
O, əməllərinə görə sorğu-sual oluna bilməz. Amma onlar öz əməllərinə görə cavab
verəcəklər.
...
Nəml Suresi, 35. Ayet:
Gəlin onlara hədiyyə göndərim, görək səfirlər hansı cavabı
verəcəklər.
...
Əraf Suresi, 44. Ayet:
Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab
verəcəklər.
Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək....
Əraf Suresi, 50. Ayet:
Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab
verəcəklər.
...
Maidə Suresi, 109. Ayet:
Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab
verəcəklər.
...
Əhqaf Suresi, 34. Ayet:
Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): “Məgər bu (daddığınız əzab) doğru deyilmi?!” Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!” – deyə cavab
verəcəklər.
(Allah) buyuracaqdır: “Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!”...
Nəhl Suresi, 86. Ayet:
Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!” – deyəcəklər. (Bütlər də) onlara: “Siz əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa dəvət etməmişdik!)” – deyə cavab
verəcəklər.
...
Möminun Suresi, 85. Ayet:
Onlar mütləq: “Allahındır!” – deyə cavab
verəcəklər.
Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”...
Möminun Suresi, 87. Ayet:
(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab
verəcəklər.
Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?”...
Möminun Suresi, 89. Ayet:
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab
verəcəklər.
Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?...
Möminun Suresi, 113. Ayet:
Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab
verəcəklər.
...
Loğman Suresi, 25. Ayet:
(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab
verəcəklər.
De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!...
Səba Suresi, 41. Ayet:
(Mələklər: ) “Sən paksan, müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi”, - deyə cavab
verəcəklər.
...
Zümər Suresi, 38. Ayet:
Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab
verəcəklər.
(Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona ...
Zümər Suresi, 71. Ayet:
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab
verəcəklər.
...
Mömin Suresi, 50. Ayet:
(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab
verəcəklər.
(Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)....
Fussilət Suresi, 47. Ayet:
O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. (Allah) onlara (müşriklərə məzəmmət və istehza ilə): “Şəriklərim haradadır? – deyəcəyi gün, onlar: “(Ey Rəbbimiz!) Biz Sənə ərz etdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verə biləcək) heç bir şahid yoxdur!” – deyə cavab
verəcəklər.
...
Zuxruf Suresi, 9. Ayet:
Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab
verəcəklər.
...
Ənkəbut Suresi, 61. Ayet:
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab
verəcəklər.
Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?...
Ənkəbut Suresi, 63. Ayet:
Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab
verəcəklər.
De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır)....
Ənam Suresi, 30. Ayet:
Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab
verəcəklər.
(Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”....
Nur Suresi, 24. Ayet:
O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət
verəcəklər.
...
Tövbə Suresi, 96. Ayet:
Onlardan razı olasınız deyə sizə and
verəcəklər.
Siz onlardan razı olsanız belə, Allah o fasiqlər güruhundan əsla razı olmaz....
Nəml Suresi, 28. Ayet:
Mənim bu məktubumu apar və onların üstünə at, sonra oradan geri dön və gör nə cavab
verəcəklər.
"...