Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, elə...
Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır....
Bəqərə Suresi, 33. Ayet: Sənin Rəbbin dedi ki: "Ey Adəm! Söylə onlara onların adlarını." Sonra da Adəm onlara, onların adlarını xəbər verdikdə, sənin Rəbbin dedi: "Mən sizə deməmişdimmi! Şübhəsiz ki, Mən, göylərin və yerin görünməyənini, eşidilməyənini, hiss edilməyənini, keçmişi, gələcəyi bilirəm. Və Mən, sizin aşkar etdiklərinizi və gizlində saxladığınızı bilirəm" dedi....