Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İsra Suresi, 40. Ayet:
(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz! (Müşriklər mələklərin Allahın qızları olduğuna inanır, oğlan uşaqlarının da özlərinə
verildiyini
iddia edirdilər və buna görə də təkəbbürlənirdilər. Yuxarıdakı ayə bu anlayışın səhv olduğunu bildirərək uşaqlar arasında cinsi ayrıseçkiliyi rədd edir.)...
Ənam Suresi, 124. Ayet:
Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə
verildiyini
n (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!...
Yusif Suresi, 65. Ayet:
Yüklərini açıb ərzaq əvəzində ödədiklərinin özlərinə geri
verildiyini
gördülər. “Ey atamız! Daha nə istəyirik? Ödədiklərimiz də bizə geri verilib. Onunla yenə ailəmizə ərzaq gətirər, qardaşımızı qoruyar və əlavə bir dəvə yükü də ərzaq alarıq. Çünki bu gətirdiyimiz ərzaq azdır”, – dedilər....
Nur Suresi, 2. Ayet:
Zinakar qadının və zinakar kişinin hər birinə (çubuqla) yüz zərbə vurun. Əgər siz Allaha və axirət gününə inanırsınızsa, Allahın dinindəki (bu hökmə görə) onlara yazığınız gəlməsin. Qoy bəzi möminlər də onlara necə cəza
verildiyini
n şahidi olsunlar....