Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də
verilməzdi.
(Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)...
Ənam Suresi, 8. Ayet:
"Ona mələk endirilməməlidirmi?" onlar dedilər. Əgər biz mələk endirsəydik, iş tamamlanmış olardı. Sonra gözlərini açmağa icazə
verilməzdi.
...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət
verilməzdi.
...
Ənam Suresi, 8. Ayet:
’Ona bir mələk endirilsə, olmazdımı?’ dedilər. Əgər bir mələk endirsəydik, mütləq iş olub bitirilərdi. Sonra onlara möhlət
verilməzdi.
...
Ənam Suresi, 8. Ayet:
Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət
verilməzdi.
...
Ənam Suresi, 8. Ayet:
Bir də dedilər ki: “Yaxşı olardı ki, Ona (gözlə görəcəyimiz) bir mələk endiriləydi”. Əgər (elə) bir mələk endirsəydik, artıq iş bitmiş olardı, sonra onlara möhlət
verilməzdi.
(Dərhal həlak edilərdilər.)...
Ənam Suresi, 8. Ayet:
Onlar deyərdilər: "Kaş ona [peyğəmbərə] bir mələk nazil olaydı!" Əgər mələk göndərsəydik, iş bitmiş olardı və onlara daha möhlət
verilməzdi.
...
Ənam Suresi, 8. Ayet:
Və onlar, "Bu Peyğəmbərə bir mələk endirilməli deyildimi?" dedilər. Əgər Biz, bir mələk nazil etsəydik, iş, həqiqətən bitmiş olardı. Sonra da onlara göz açmağa belə möhlət
verilməzdi.
...