Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 19. Ayet:
Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (İslamdan əvvəl ərəblər qadınlarla çox pis davranırdılar. Hətta əri ölən qadın, ölən kimsənin mirası kimi qəbul edilir və istədikləri kimsə ilə zorla evləndirilirdi. Yuxarıda...
Nəhl Suresi, 103. Ayet:
Şübhəsiz ki, Biz onların: “Ona (Quranı) ancaq bir insan öyrədir!” - dediklərini bilirik. Onların nəzərdə tutduqları şəxsin dili başqa bir dildir. Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir. (Müşriklər insanları şübhəyə salmaq məqsədilə, Quranı Peyğəmbərə xristian olan Rum əsilli Cəbra və ya Yaiş adında bir kölənin öyrətdiyini iddia edirdilər. Bu kölə, Rum olduğu üçün ərəb dilini düzgün bilmirdi. Halbuki Quranın ədəbi üslubu qarşısında ərəb ədibləri və şairləri belə heyrətlərini gizləyə bilmirdilə...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər
vermişdir.)
...