Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 68. Ayet:
Onlar Allahın Özünə övlad götürdüyünü deyirlər. Halbuki O, pakdır və (belə
xüsusiyyətlərdən
) uzaqdır. O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Buna (övlad götürməklə bağlı iddianıza) dair sizin heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?...
Ənam Suresi, 100. Ayet:
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır. (Bəzi bütpərəstlər cinləri Allaha şərik qoşur və onlara sitayiş edirdilər. Bundan əlavə, yəhudilər Üzeyr peyğəmbəri, xristianlar isə İsa peyğəmbəri Allahın oğlu hesab edirdilər. Bəzi müşriklər də mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Yuxarıdakı ayədə Allah-Təala bütün bu iddiaların bat...
İsra Suresi, 93. Ayet:
Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan
xüsusiyyətlərdən
uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)...